main-post-cover

    Intel ilk 7 nanometrlik prosessorlarının nə zaman satışa çıxacaqlarını elan edib

    Elm & Texnologiya
    24.03.2021
    Farid Pardashunas
        Intel şirkəti rəsmi şəkildə 7 nanometrlik texnoloji proses sayəsində yaradılmış ilk prosessorlarının istifadəyə verilməsinə hazırlaşdığını elan edib. Şirkət bu cür prosessorların nə zaman satışa çıxacaqları və onların arxitekturaları barəsində bəzi məlumatları verib. Beləliklə Intel-in sözlərinə əsasən Meteor Lake seriyasına daxil olacaq desktop və mobil prosessorlar 2023-cü ildə satışa çıxacaqlar.
        Prosessorların əsas özəlliklərindən biri də yüksək performanslı nüvələr ilə enerji effektivliyi sərgiləyən nüvələri özündə birləşdirəcək hibrid arxitektura olacaq. Şirkət həmçinin bildirib ki, o, yeni prosessorlarda fərdi qablaşdırma texnologiyasından və Foveros matrisalarının birləşməsindən istifadə edəcək. Gözləntilərə əsasən Meteor Lake seriyasına daxil olacaq prosessorlar Alder Lake seriyasının modelləri üçün nəzərdə tutulmuş LGA 1700 soketini dəstəkləyəcəklər.
        Şirkətin ilk 7 nanometrlik prosessorlarının Redwood Cove nüvələrinə sahib olacaqları gözlənilir. Həmin nüvələr isə müstəqil modullar şəklində istehsal oluna bilərlər. Bununla yanaşı analitiklər qeyd ediblər ki, bu cür nüvələr bir neçə fabrik tərəfindən istehsal olunacaq və onların arasında TSMC şirkətinin fabriki də olacaq. Məlumata əsasən istifadəçilər yeni prosessorlarda PCle Gen 5.0 interfeysinin və DDR5 RAM standartının dəstəklənməsini gözləyə bilərlər. Yeni CPU-ların mühəndis nümunələri artıq bu ilin ikinci rübündə təqdim oluna bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər