Intel-in keçmiş əməkdaşı Apple şirkətinin fərdi ARM prosessorlara keçidinin əsl səbəbini açıqladı

Intel-in keçmiş əməkdaşı Apple şirkətinin fərdi ARM prosessorlara keçidinin əsl səbəbini açıqladı

Texnologiya
26.06.2020 PAYLAŞIM

    Bu həftənin əsas xəbərlərindən biri də Apple şirkətinin macOS ilə çalışan kompüterlərdə Intel əvəzinə fərdi ARM prosessorlara keçid qərarı oldu. Apple şirkətinin özü qeyd edir ki, bunun əsas səbəbi ondadır ki, o, daha yüksək performans səviyyəsi əldə etmək üçün öz məhsullarının həm hardware həm də software tərəfini idarə etmək istəyir. Lakin Intel şirkətinin keçmiş mühəndisinin verdiyi məlumata əsasən Apple şirkətinin fərdi ARM prosessorlara keçid etməsinin səbəbi başqadır.

    Bu barədə Macrumors saytı xəbər verib. Beləliklə Intel-in keçmiş mühəndisinin sözlərinə əsasən Skylake seriyasına daxil olan prosessorlar üzrə keyfiyyət idarəetməsində yaranmış problemlər səbəbilə Apple şirkəti fərdi ARM prosessorlara keçid etmək qərarını verdi. Mühəndisin sözlərinə əsasən Skylake seriyasına daxil olan prosessorlar heç də yüksək keyfiyyətdə hazırlanmamışdılar. Apple şirkəti bu prosessorların arxitekturalarında çoxlu sayda problemin olduğunu söyləmiş ilk şirkətlərdən biri idi


     Məlumata əsasən Skylake prosessorlarının aşağı keyfiyyətdə hazırlanmaları bütün bu məsələdə yekun rolu oynayıb. Apple daha öncə də fərdi ARM prosessorlara keçid etməyi planlaşdırırdı. Lakin Intel tərəfindən olmuş səhv nəticədə Apple şirkətinin yekun qərar verməsinə gətirib çıxartdı. Apple öz növbəsində qeyd edib ki, fərdi ARM prosessorlara tam keçid etmək üçün 2 il vaxt lazım olacaq. ARM prosessor əsasında hazırlanmış ilk Mac kompüteri artıq bu ilin sonuna kimi satışa çıxmalıdır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SpaceX-in yeni rekordu: Eyni Falcon 9 raketi 7-ci kosmik uçuş missiyasını uğurla..

SpaceX şirkəti çoxistifadəli kosmik aparatlar sahəsində növbəti rekorda imza atıb. Belə ki, şirkət e..


Cənubi Koreyadan olan tədqiqatçılar naqilsiz infraqırmızı şarj texnologiyasını y..

Cənubi Koreyadan olan tədqiqatçılar smartfonlar üçün naqilsiz infraqırmızı şarj texnologiyasını yara..


İnsayderlər Intel şirkətinin 5 nanometrlik prosessorlarının nə zaman istehsal ol..

Intel şirkəti özünün 7 nanometrlik prosessorlarını hələ təqdim etməyib. Lakin buna baxmayaraq insayd..


Apple M1 prosessoru real testlərdə Intel prosessorunu məhv edib (VİDEO)

İnternetdə Apple şirkətinin öz noutbukları üçün nəzərdə tutulmuş M1 adlı 5 nanometrlik prosessorunun..


İnsayderlər Apple şirkətinin nə zaman 4 nanometrlik mobil prosessora keçid edəcə..

Apple şirkətinin iPhone 12 smartfonları 5 nanometrlik prosessor əldə etmiş ilk smartfonlar oldular. ..


25% daha sürətli çalışma: Google şirkəti yenilənmiş Chrome brauzerini təqdim edi..

Google şirkəti Chrome brauzeri üçün böyük yenilənmə təqdim edib. Tərtibatçıların sözlərinə əsasən Ch..

×