Intel-in yeni 10-cu nəsil prosessorları 80 dərəcədən çox qızır

Intel-in yeni 10-cu nəsil prosessorları 80 dərəcədən çox qızır

Texnologiya
10.04.2020 PAYLAŞIM

        Intel yaxın zamanlarda yeni 10-cu nəsil Desktop (Stolüstü) kompüterlər üçün olan prosessorlarını təqdim edəcək. Rəqibi AMD-dən fərqli olaraq şirkət hələ də 14 nm istehsalat arxitekturasında davam etdiyi prosessorlarında termal istilik problemlərinin olacağı təxmin edilirdi. Bu gün isə Comet Lake S kod adı verilən 10.nəsil yeni prosessorları test edən komandalar təxminlərin doğru olduğunu deyir.

10.nəsil Intel prosessorları hətta maye soyutma sistemləri ilə belə 80 dərəcəni keçir. Bu Desktop kompüterlər üçün yüksək dərəcədir.

Bənzər xəbər


        10.nəsil Intel Core i9-10900 modelini test edən komanda bütün nüvələr yük altında işləyərkən prosessorun 170W kimi çox yüksək enerji istifadə etdiyini deyir. Maksimum olaraq isə 224W limiti var. Yəni prosessoru overlock etdiyimizdə 224W-a qədər enerji sərfiyyatı artacaq. Həmçinin komanda üzvlərinin dediklərinə görə 10.nəsil Core i9 modeli fan istifadə edilən soyutma sistemləri ilə soyudula bilmir. Bu halda 90 dərəcələrə qədər qızma problemi ortaya çıxır.    

        Bunun əvəzinə maye soyutma sistemini istifadə edən test komandası bu halda belə minimum 80 dərəcəyə qədər qızmanın baş verdiyini vurğulayırlar. Yəni yeni prosessorlar çox yüksək dərəcələrdə qızır və soyudulması çətinləşib. Bunun əsas səbəblərindən biri Intel şirkətinin istehsalat zamanı arxitekturanı kiçiltməyərək hələ də 14 nm istifadə etməsi və arxitektura ilə 5 Ghz tezliyə çatmağı hədəfləməsidir. Rəqibi AMD, 7 nm istehsalat arxitekturasına keçid edərək daha az qızaraq, daha az enerji sərf edib daha yüksək performans verə bilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...


Realistik üz mimikalarına sahib Ameca adlı robot sərgilənib (VİDEO)

İnsana bənzəyən robotlar bazarda artıq yeni bir şey hesab edilmir. Məsələn məşhur Boston Dynamics şi..


Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib..

Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbukla..


Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİD..

Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqd..

×