main-post-cover

    Intel prosessorlardakı yeni açığı bağlamaq performansı 19 dəfə azaldır

    Elm & Texnologiya
    17.03.2020
    Nijat Hamid
            Intel prosessorlarında Meltdown bənzəri yeni bir açıq aşkar edilib. Bu açığın işləmə prinsipi belədir ki, prosessorun SGX qatlarına zərərli kodlar göndərərək kompüterdəki məlumatları hər kəsə açıq bir hala gətirmək mümkün olur. İşin ən pis tərəfi isə bu açığı bağlamaq prosessorun performansını 2 - 19 dəfə azalda bilir. 

    Tapılan yeni və təhlükəli açığı bağlamaq Intel prosessorların performansına ciddi dərəcədə təsir edir.

            Mütəxəssislərin dediyinə görə bu açığı proqram təminatı yamalarla ( patch ) bağlamaq prosessorların performansına 19 dəfəyə qədər təsir edə bilir. Ən effektiv üsul şirkətin bir sonrakı istehsal zamanı prosessorlarda arxitektura əsaslı bir həll yolunu tətbiq etməsidir. Intel rəsmilərinə verilən bir çox sual cavabsız qaldı. Şirkətin necə bir addım atacağı bəlli deyil. Əgər deyildiyi kimi yamalarla həll etməyi seçsələr bir çox istifadəçi şikayətçi olacaq. Əks halda isə arxitektura əsaslı həllinin olub-olmaması da qeyri-müəyyəndir.
    Linki kopyala