main-post-cover

    Intel prosessorlu MacBook-dan daha güclü: MacBook Air 2020 noutbuku Geekbench testlərindən keçib

    Elm & Texnologiya
    12.11.2020
    Emil Nəcəfov
        Apple şirkətinin yeni MacBook modellərinin təqdimatlarından uzun zaman keçmədən məşhur Geekbench bençmark saytında 13 düym ekrana və M1 prosessoruna sahib MacBook Air 2020 modeli testlərdən keçib. Baxmayaraq ki, MacBook Air 2020 modeli enerji sərfiyyatı baxımından effektiv ultrabook-lar sinfinə daxildir, o, performans baxımından hətta 16 düym ekrana sahib MacBook Pro modelini geridə qoyub. Bu barədə Macrumors saytı xəbər verib. Geekbench testlərindən 8 GB RAM-a və 3.2 GHz tezlikdə çalışan M1 prosessoruna sahib MacBook Air 2020 modeli keçib.
        Beləliklə Apple şirkətinin yeni noutbuku Geekbench-in birnüvəli testində 1687 xal, çoxnüvəli testində isə 7433 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Intel Core i9-9880H prosessoruna sahib MacBook Pro modeli Geekbench-in birnüvəli testində 1148 xal, çoxnüvəli testində isə 6549 xal toplayır. Çoxnüvəli test çərçivəsində yeni MacBook Air modeli yalnız Intel Xeon W prosessoruna sahib MacBook Pro 2019 və iMac Pro 2017 modelləri ilə Intel Core i7-10700 prosessoruna sahib 27 düym ekranlı iMac modelindən geridə qalıb.
        Buna baxmayaraq birnüvəli test çərçivəsində MacBook Air 2020 noutbuku Apple şirkətinin bütün kompüterlərini geridə qoyub. Qeyd etmək lazımdır ki, MacBook Air 2020-dən başqa Geekbench testlərindən həmçnin yeni MacBook Pro və Mac Mini modelləri də keçiblər. Beləliklə MacBook Pro 2020 modeli Geekbench-in birnüvəli testində 1714 xal, çoxnüvəli testində isə 6802 xal toplayıb. Mac Mini-yə gəldikdə isə o, Geekbench-in birnüvəli testində 1682 xal, çoxnüvəli testində isə 7076 xal toplayıb.
    Linki kopyala