main-post-cover

    Intel şirkəti 7 nm-lik prosessorların istehsalını daha 6 ay gecikdirəcək: Səbəb nədir?

    Elm & Texnologiya
    25.07.2020
    Nijat Hamid
            AMD ilə ciddi rəqabətə girən Intel şirkəti üçün vəziyyət heç də yaxşı deyil. 10 nm-lik prosessorlara belə keçid edə bilməyən şirkət 7 nm-ə keçmiş AMD-nin gerisində qalır. İndi isə yeni çıxan məlumatlara görə Intel şirkətinin 2022-ci ildə 7 nm-ə keçməyi planladığı prosessorların istehsalı 6 ay daha gecikdiriləcək.

    6 Ay gecikməyə görə yeni 7 nm-lik prosessorların təqdimat tarixi 2023-ə qaldı.

            Ümumi olaraq baxdığımız zaman 7 nm-lik prosessorların 12 ay daha gec çıxacağını və bunun da 2023-də olacağını görürük. Tom's Hardware tərəfindən verilən məlumata görə 7 nm-lik prosessorların istehsalı zamanı effektivliyi azaldan yeni bir xəta aşkarlanıb. Bu xəta səbəbilə arxitektura təkrar nəzərdən keçiriləcək. Həmçinin 7 nm istehsal arxitekturasında istehsal olunan Intel GPU-ları (videokart) 2021-in sonunda və ya 2022-nin əvvəllərində istifadəyə verilə biləcək.
            Rəqibi olan AMD şirkətinə nəzər saldığımızda görürük ki, şirkət 5 nm-lik prosessorlarını 2022-də istifadəçilərə təqdim edəcək. İstehsal prosesi TSMC şirkəti tərəfindən reallaşdırılacaq. 10 nm-lik Alder Lake adlı yeni Intel prosessorları isə 2021-nin 2-ci yarısında satışa çıxmalıdır. Qeyd edək ki, 10 nm-ə keçid Intel tərəfindən 2019-da edilməsi planlanırdı. Lakin ortaya çıxan arxitektura problemləri buna mane olmuşdu.
    Linki kopyala