main-post-cover

    Intel yeni Thunderbolt 4 protokolunu təqdim etdi: Komputerlərə 8K ekran dəstəyi gəlir

    Elm & Texnologiya
    11.07.2020
    Nijat Hamid
            Thunderbolt adını yəqin ki, bir çoxunuz eşitmisiniz. Thunderbolt portu USB portlarının bir növüdür və hal-hazırda ən sürətlisidir. Ən sürətli olduğu qədər də ən bahalı giriş portudur. Bu səbəbdən bir çox kompüterdə görə bilmirik. Thunderbolt portu Intel tərəfindən lisenziya edilib və hal-hazırda haqqında bəhs edəcəyimiz xəbər ən yeni versiya olan Thunderbolt 4 portudur. CES 2020 sərgisində haqqında ilk məlumatlar verilən Thunderbolt 4 portu üçün protokol Intel tərəfindən rəsmi olaraq təqdim olundu.

    Thunderbolt 4 portu hal-hazırda mövcud olan USB 3.2 Gen 2 portlarından 4 dəfə daha sürətli fayl transferi edə bilir.

            İntel tərəfindən verilən məlumata görə yeni Thunderbolt 4 portu Thunderbold 3-dən sürət olaraq çox da fərqlənməyəcək. Hal-hazırda USB 3.2 Gen 2 giriş portları 10 Gpbs sürəti dəstəkləyirsə, Thunderbolt 4 portları 40 Gbps sürəti dəstəkləyəcək. Yəni bu portlar vasitəsilə saniyədə 40 Gb fayl transferi mümkün olacaq. 
            Thunderbolt portları fayl transferindən daha çox komputerə yüksək pikselli monitorlar və xarici videokart (eGPU) qoşmaq üçün istifadə edilir. Yeni Thunderbolt 4 ilə artıq istifadəçilər kompüterlərinə 2 ədəd 4K və ya 1 ədəd 8K monitor qoşa biləcəklər. Bu o deməkdir ki, bu porta malik olan noutbuklara artıq 8K monitor qoşmaq mümkün olacaq. Intel rəsmilərinin dediklərinə görə Thunderbolt 4 portunu daha geniş istifadəçi kütləsinə əlçatan etmək istəyirlər. Bu səbəbdən bəzi sertifikatlar artıq hazırlanıb. Bu ilin sonlarına doğru Thunderbolt 4 portuna malik yeni noutbukları görə biləcəyik.
    Linki kopyala