Internet Explorer dövrü bitdi: Microsoft Edge Stabil versiya yaxın günlərdə istifadəyə veriləcək

Internet Explorer dövrü bitdi: Microsoft Edge Stabil versiya yaxın günlərdə istifadəyə veriləcək

Texnologiya
18.12.2019 PAYLAŞIM

        Internet Explorer brauzer olaraq bir çox problemlər səbəbilə Microsoft üçün gülünc qaynağı olmuşdu. Şirkət hər nə qədər yeniliklər gətirərək təkmilləşdirməyə çalışsa da Chromium(Opera,Chrome və s.) bazalı brauzerlərə çata bilmirdi. Buna görə də Chromium üzərində qurulan Edge adında yeni brauzeri üzərində işləməyə başladı. Yeni məlumatlara əsasən brauzer stabil hala gəlib və Microsoft Windows 10 işlədən istifadəçilər üçün yayımlamağa hazırlaşır.

15 yanvardan etibarən Microsoft Edge brauzeri Windows 10 istifadəçiləri üçün Windows Update üzərindən avtomatik yayımlanacaq.


        Microsoft rəsmiləri bildirir ki, Windows 10 1709 və daha yeni versiyaları işlədən istifadəçilərə Edge brauzeri avtomatik göndəriləcək. Brauzer həm tez-tez yenilənəcək, həm də ƏS-ində brauzerin daha rahat işləməsi üçün bəzi dəyişikliklər ediləcək. Qeyd edək ki, yeniliklər 6 həftədən bir istifadəçilərə təqdim ediləcək. Təhlükəsizlikuyğunluq yenilənmələri isə lazım olduğu vaxtlarda şirkət tərəfindən təyin olunmuş vaxtlarda istifadəçilərə göndəriləcək. Şirkət əsasında Chromium Blink adı verilən motordan istifadə edir və sadəcə 1-2 Microsoft servisi bu brauzerə inteqrasiya edilib. Həmçinin şirkətin ARM64 Linux sistemlər üçün də Edge-nin bir başqa versiyası üzərində işlədiyi bilinir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×