Logo
    main-post-cover

    ABŞ Amazon, Google, Facebook, Apple şirkətlərinə qarşı antimonopoliya istintaqı apara bilər

        ABŞ hökuməti Amazon, Facebook, Apple Google şirkətlərinə qarşı antimonopoliya istintaqını başlatmağa hazırlaşır. Bu barədə Reuters saytına istinadən Rusbase saytı xəbər verib. Bu istintaqın əsas məqsədi sadalanmış şirkətlərin bazardakı vəziyyətlərindən sui-istifadə edib-etməmələrini yoxlamaqdır.
        Məlumata əsasən ABŞ-ın federal ticarət komissiyası bu məsələ ilə bağlı Amazon ilə Facebook şirkətlərini, maliyyə nazirliyi isə Apple ilə Google şirkətlərini yoxlayacaq. Məlumatda qeyd olunub ki, ABŞ hökuməti rəsmi istintaqın aparılıb-aparılmamasına hələ qərar verməyib.
        Reuters onu da qeyd edib ki, son zamanlarda böyük texnoloji şirkətlər öz nüfuzlarının adi istifadəçilərə və bazardakı digər təmsilçilərə təsir göstərmələri üzrə qanunvericilərin, adi insanların və rəqiblərin qorxularına tuş gəliblər. Sadalanmış şirkətlər isə istintaq məsələsi ilə bağlı fikir bildirməkdən imtina ediblər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    ABŞ Amazon, Google, Facebook, Apple şirkətlərinə qarşı antimonopoliya istintaqı apara bilər | Technote