
ABŞ çip istehsalı sahəsində Tayvan və Çindən uzun illər ərzində asılı qalacaq
Elm & Texnologiya
30.11.2023
Emil
NVIDIA şirkətinin CEO-su Jensen Huang-ın fikrincə ABŞ yarımkeçiricilərin istehsalı sahəsində müstəqillik əldə etməkdən hələ çox uzaqdır. NVIDIA CEO-su düşünür ki, ABŞ-ın Tayvan və Çindəki çip istehsalçılarından asılılığını aradan qaldırması üçün 10-20 il vaxt lazımdır. Təbii o halda ki, ölkə bütün bu illər ərzində bu asılılığın aradan qaldırılmasına diqqət ayırsın. Əks halda ABŞ uzun illər ərzində çip istehsalı mövzusunda Tayvan və Çindən asılı vəziyyətdə qalacaq. Qeyd etmək lazımdır ki, ABŞ öz regionunda çip istehsalı ilə məşğul olacaq zavodların istifadəyə verilməsi üzərində artıq uzun müddətdir çalışır. Lakin ABŞ-da bu cür zavodların yetəri sayda olmasını söyləmək olmaz.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
