Logo
    main-post-cover

    ABŞ hökuməti Huawei Mate 60 smartfonlarındakı Kirin 9000s prosessorunu araşdırmağa başlayıb

    Elm & Texnologiya
    07.09.2023
    Emil
        Bloomberg saytının verdiyi məlumata əsasən ABŞ hökuməti keçən həftə təqdim edilmiş Huawei Mate 60Mate 60 Pro smartfonlarında istifadə edilən Kirin 9000s prosessorunun mənşəyini təyin etməyə çalışır. Qeyd etmək lazımdır ki, bir neçə il bundan öncə ABŞ hökuməti Huawei-yə qarşı sərt sanksiyalar tətbiq etmişdi. Nəticədə Huawei özünün  Kirin prosessorlarının istehsal edilməsi imkanından məhrum oldu. Belə ki, prosessorların istehsalı prosesində ABŞ texnologiyalarından istifadə edilirdi.
        “Biz, Huawei şirkətinin bu prosessorunun arxitekturası barəsində ətraflı məlumatları əldə edənə kimi mən onun barəsində rəy bildirməyəcəm. Lakin bu prosessorun hazırlanması onu göstərir ki, ABŞ milli təhlükəsizlik ilə bağlı texnoloji məhdudiyyətlər strategiyasını davam etdirməlidir” - deyə ABŞ prezidentinin köməkçisi Jake Sullivan qeyd edib. Son məlumatlara əsasən Huawei Mate 60 smartfon seriyasında istifadə edilən Kirin 9000s prosessoru ABŞ analoqlarından yalnız bir neçə il geridə qalır. Qeyd etmək lazımdır ki, bu prosessorun istehsalı ilə Çinin SMIC adlı şirkəti məşğul olur və o, bir neçə müddət bundan öncə ABŞ-ın qara siyahısına daxil edilmişdi.
    Paylaş
    Bənzər xəbərlər