main-post-cover

    ABŞ hökuməti ikinci pilotu süni zəka sistemi olacaq altıncı nəsil qırıcı təyyarə üzərində çalışır

    Elm & Texnologiya
    03.01.2021
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə ABŞ-ın Hərbi Hava Qüvvələri ikinci pilot qismində süni zəka sistemini işə salmışdılar. Görünür, bu təcrübə o dərəcədə uğurlu alınıb ki, artıq hərbi təyyarələrdə də işə salınıb. Nəticədə altıncı nəsil qırıcı təyyarələrdə süni zəka sistemi əsasında fəaliyyət göstərəcək ikinci pilot işə salına bilər. Bu barədə 4pda saytı xəbər verib. ABŞ-ın hərbi mühəndisləri aktiv şəkildə altıncı nəsil qırıcı təyyarə üzərində çalışırlar. Bu cür təyyarə Next Generation Air Dominance layihəsi çərçivəsində ABŞ-ın Hərbi Hava Qüvvələri üçün yaradılır.
        Məlumata əsasən təyyarə ikinci pilot qismində bir çox qəliz tapşırıqları yerinə yetirəcək süni zəka sistemini əldə edəcək. Birinci pilot ilə virtual köməkçi arasında kommunikasiyanın necə qurulacağı barəsində məlumat verilmir. Məlum olan odur ki, təyyarə üçün nəzərdə tutulmuş süni zəka pilotu ARTUµ adlı şahmat alqoritmi əsasında qurulacaq. Layihə rəhbərlərinin sözlərinə əsasən hər bir pilot öz fərdi tapşırığını əldə edəcək. Virtual köməkçi isə müxtəlif təhlükələri monitorinq etməklə yanaşı naviqasiya ilə əlaqəyə nəzarət edəcək. Bu halda əsas pilot öz diqqətini təyyarənin idarəetməsinə yönəldə biləcək.
    Linki kopyala