
ABŞ-ın əlaqələr üzrə federal komissiyasının rəhbəri Ajit Pai aşağı orbitli peyklər vasitəsilə yüksək sürətli internet xidmətinin göstərilməsində “SpaceX” şirkətinə icazənin verilməsini təklif edir.
Elon Musk-ın şirkəti digər provayderlər tərəfindən hələki istifadə olunmayan yeni peyk texnologiyalarını işə salmaq niyyətindədir. Pai ümid edir ki, beleliklə “SpaceX” ABŞ-ın uzaq rayonlarını internetlə təmin edə biləcək və nəticədə qlobal internet provayderə çevriləcək. 17 Fevral tarixində şirkət ilk dəfə kosmosa Microsat 2a və 2b adlı test peyklərini göndərəcək. Növbəti illərdə isə şirkət Yer kürəsinin orbitinə 11.000 peyk göndərməyi planlaşdırır. 2027-ci ilə kimi Starlink layihəsi bütün Yer kürəsini internetlə əhatə etməlidir.
17 Fevral tarixinə planlaşdırılan uçuş artıq təsdiqlənib. Belə ki, federal komissiya şirkətə peyklərin orbitə göndərilmə icazəsini verib. Lakin Ajit Pai daha da irəli gedərək yeni peyk texnologiyalarından istifadə edərək genişzolaqlı internet xidmətinin reallaşdırılmasında şirkətə icazə verilməsini təklif edir. ABŞ-ın bir çox regionları şəbəkə ilə əhatə olunmayıblar.
Reuters saytının məlumatına əsasən kənd təsərrüfatı yerlərində
yaşayan 14 milyon amerikalı və hindu qəbilələrinin torpaqlarında yaşayan 1.2
milyon amerikalı heç aşağı sürətli mobil internet imkanına da sahib deyillər.
Coğrafi özəlliklər səbəbindən isə internet provayderlər həmin rayonlara internet
kabeli çəkərək mobil şəbəkə qüllələri yerləşdirə bilmirlər. Peyklərin aşağı
orbitdə yerləşməsi “SpaceX”ə digər rəqiblər qarşısında böyük üstünlük verə bilər.
Şirkətin planlarına əsasən peyklərdən ibarət qrup 1110-1360 km yüksəklikdə yerləşəcəklər.
Bunun sayəsindəı siqnal ötürülməsində gecikmə yalnız 25-35 millisaniyə çəkəcək.
Müqayisə üçün qeyd etmək lazımdır ki, bir çox peyk provayderlərdə bu göstərici
600 millisaniyədir.
Şərh yoxdur