
ABŞ hökuməti Tim Cook-dan iPhone-ların zəiflədilməsi barəsində izah tələb etdi
Elm & Texnologiya
10.01.2018
Emil
Amerikalı senator “Apple” şirkətinin CEO-su Tim Cook-a köhnə iPhone modellərinin bilərəkdən zəiflədilməsi barəsində sualların əks olunduğu məktub göndərib.
Bu barədə The Wall Street Journal saytı xəbər
verib. Söhbət, ticarət, elm və nəqliyyat üzrə komitetin rəhbəri və ABŞ
Konqressi Senatı John Thune-nun məktubundan gedir. Qeyd etmək lazımdır ki, köhnə
iPhone modellərinin bilərəkdən zəiflədilməsi məsələsi ortaya çıxandan sonra “Apple”
bütün istifadəçilərdən üzr istəmiş, smartfon batareyalarının dəyişilməsində
endirim təklif etmiş və yaxın zamanda batareyaların vəziyyətlərinə nəzarət üçün
yeni iOS versiyasına özəl funksiyanın əlavə olunacağına söz vermişdi. Öz məktubunda
senator Thune qeyd edib ki, istehlakçılar təfədindən şirkətə olan irimiqyaslı tənqiddən
sonra şirkət bu məsələyə daha şəffaf aydınlıq gətirməlidir.
Əsasən Thune “Apple”
şirkətinin batareyaları tamamilə pulsuz dəyişilməsi imkanını gözdən
keçirib-keçirməməsini soruşub. Həmçinin senatoru maraqlandıran suallar arasında
“Apple”ın, istehlakçıları smartfon sistemini zəiflədən iOS yenilənmələri barəsində
xəbərdar edib-etmədiyi və istifadəçilərin həmin yenilənmədən imtina etmə
imkanlarına sahib olub-olmamaları var. Həmçinin Thune bilmək istəyib ki, bu cür
zəiflətmə üsulu həmdə əvvəlki iPhone modellərində tətbiq olunubmu? Bütün bu suallara
şirkətin 23 Yanvar tarixinədək cavab verməsi məktubda qeyd edilib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
