ABŞ ilə Çin razılığa gəldilər: Apple məhsullarının qiymətlərində artım olmayacaq

ABŞ ilə Çin razılığa gəldilər: Apple məhsullarının qiymətlərində artım olmayacaq

Texnologiya
14.12.2019 PAYLAŞIM

    ABŞ və Çin hökumətləri öz aralarında ilkin ticarət razılaşmasını əldə ediblər. Həmin razılşmaya əsasən import məhsullar üçün nəzərdə tutulmuş əlavə dövlət rüsumları ləğv ediləcək. Bu barədə Bloomberg saytı xəbər verib. Qeyd etmək lazımdır ki, 15 dekabr tarixindən başlayaraq ümumi dəyəri 160 milyard dollar olan Çin çəhsulları üçün ABŞ hökuməti əlavə dövlət rüsumları təyin edəcəkdi. Bunun nəticəsində ABŞ bazarı üçün nəzərdə tutulmuş məhsulların satılmasına görə Çin şirkətləri əlavə vəsait ödəməli olacaqdılar.

    Bu həmçinin öz məhsullarını Çində istehsal edən ABŞ şirkətlərini də əhatə edirdi. Belə ki, Çində məhsul istehsalı daha ucuz başa gəlir. Bu yeni qanun öz məhsullarını Çində istehsal edən Apple şirkətinə də şamil olunacaqdı. Qeyd etmək lazımdır ki, şirkət artıq kiçik məhsul və komponentlərə görə əlavə dövlət rüsumu ödəyir. Lakin yeni qanun həmçinin şirkətin iPhone, iPad, MacBook modellərini və digər məhsullarını əhatə edəcəkdi. Analitiklər qeyd edirdilər ki, bu halda şirkət ya iPhone modellərinin qiymətlərini qaldırmaq məcburiyyətində qalacaqdı ya da vəsait itkisi yaşamalı olacaqdı.


    İlkin varintda iPhone-ların qiymətləri 150$ bahalaşa bilərdi. Bu isə öz növbəsində 2020-ci ildə iPhone-lara tələbatın 6-8% aşağı düşməsinə səbəb olacaqdı. İkinci halda şirkətin bir səhmdən əldə etdiyi gəlir 4% aşağı düşəcəkdi. Qeyd etmək lazımdır ki, Apple şirkətinin CEO-su Tim Cook dəfələrlə ABŞ prezidenti Donald Trump-dan xahiş edirdi ki, o, həmin əlavə dövlət rüsumlarını təyin etməsin və ya şirkətlər üçün bəzi güzəştlər etsin. Bir çox şirkətlər hətta bu məsələ ilə bağlı öz istehsalat güclərini Çindən digər regionlara keçirilməsini də planlaşdırırdılar. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×