ABŞ'ın böyük elmi nəşriyyatı da Huawei şirkətinə qadağa qoydu

ABŞ'ın böyük elmi nəşriyyatı da Huawei şirkətinə qadağa qoydu

Texnologiya
03.06.2019 PAYLAŞIM

    ABŞ hökumətinin Huawei şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar genişlənməkdə davam edir. Belə ki, ABŞ-ın ən byük elmi nəşriyyatlarından biri olan IEEE sanksiyaların qüvvədə olduqları müddətdə Huawei şirkətinin tədqiqatçılarına məqalələrə resenziya tərtib etməyi qadağan edib. Bu barədə Engadget saytına istinadən Gagadget saytı xəbər verib.

    Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu (Institute of Electrical and Electronics Engineers / IEEE) radioelektronika, elektrotexnika, hesablama sistemlərinin aparat təminatları və şəbəkələr üçün standartların tərtib olunması sahəsində dünya lideridir. Bir çox innovasiyalar və bazarın gələcəyi məhz həmin institutun tədqiqatlarından asılıdır. Beləliklə institut bildirib ki, Huawei tədqiqatçıları bundan sonra texniki tədqiqat sənədlərinə baxa və elmi məqalələrə resenziya yaza bilməyəcəklər.

Bənzər xəbər


    Bu cür qərar Çin şirkəti ilə əməkdaşlıq çərçivəsində yarana biləcək ciddi hüquq nəticələri ilə bağlı ola bilər. İnstitut tərəfindən təyin olunmuş bu qadağa gələcəkdə olacaq məqalələrə şamil olunur. Bununla belə IEEE tərkibində olan Huawei təmsilçiləri əvvəlki kimi konfranslara qatıla və resenziyanın tərtib olunması üçün öz məqalələrini paylaşa bilərlər. Ümumilikdə bu qadağa Huawei tədqiqatçılarının əsl mütəxəssis olduqları sahələrə ciddi təsir göstərə bilər. Məsələn süni zəka sahəsinə. Maraqlısı ondadır ki, IEEE qeyri kommersiya təşkilatıdır və o, ABŞ tərəfindən təyin edilmiş sanksiyalara reaksiya verməməlidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×