ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq

ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq

19.08.2019 PAYLAŞIM

    ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınmasını elan etməyə hazırlaşır. Bu barədə Reuters saytına istinadən 4pda saytı xəbər verib. Gözləntilərə əsasən Huawei şirkətinin ABŞ bazarındakı fəaliyyətini davam etdirmək üçün may ayında təqdim edilmiş lisenziya noyabr ayına kimi uzadılacaq. Bunun sayəsində isə şirkət öz aktual smartfonları üçün Android yenilənmələrini təqdim edə biləcək. Qeyd etmək lazmıdır ki, ABŞ hökumətinin may ayında şirkətə təqdim etmiş olduğu lisenziya bugün bitir.

    Lisenziya müddətinin uzadılmasının əsas səbəblərindən biri də o ola blər ki, ABŞ--ın yerli şəbəkə operatorlarının çoxu Huawei şirkətinin təchizatından istifadə edir və təyin edilmiş sanksiyaların tez bir zamanda tətbiq olunması ölkənin yerli şəbəkə infrastrukturuna təsir göstərə bilər. Güman olunur ki, lisenziya müddətinin uzadılması sayəsində Google şirkəti Huawei smartfonları üçün Android yenilənmələrini təqdim edə biləcək, yerli şəbəkə operatorları isə Huawei şirkətinə alternativ variant axtarmaq üçün əlavə vaxta sahib olacaqlar.

    Qeyd etmək lazımdır ki, may ayında şirkət ABŞ-ın ticarət nazirliyi tərəfindən qara siyahıya əlavə edilmişdi və bu səbəbdən ABŞ şirkətləri onunla əməkdaşlıq etməkdən imtina etmişdilər. Onların sırasında Google, Intel, Microsoft, AMD kimi böyük texnoloji şirkətlər var idi. Lakin sonradan hökumət şirkətin ABŞ bazarında fəaliyyət göstərə bilməsi üçün 90 günlük lisenziya təqdim etmişdi.

    Daha sonra isə ABŞ prezidenti Donald Trump bildirmişdi ki, şirkətə qarşı olan sanksiyalar zəiflədiləcək. Nəticədə şirkət ilə əməkdaşlığın davam etdirilməsi üçün 50-dən çox şirkət sorğu göndərdi. Belə ki, 2018-ci ildə Huawei şirkətinin komponent alışına sərf etmiş olduğu 70 milyard dollardan 11 milyardı ABŞ-dan olan şirkətlərə aid edilmişdi. Onların arasında Qualcomm, Intel və Micron Technology kimi şirkətlər var. Güman edilir ki, lisenziya müddətinin uzadılması barəsində qərar gün ərzində elan ediləcək.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


Qatlana bilən smartfonlar bazarı ələ keçirtməyə hazırlaşırlar

IHS Markit analitik şirkəti böyük şirkətlərin qatlana bilən smartfon modelləri barəsində proqnozları..