main-post-cover

    ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi bitcoin istifadəçilərini izləyir

    21.03.2018
    Farid Pardashunas
        Edward Snowden jurnalistlərə gizli sənədlər təqdim edib. Həmin sənədlərdəki məlumatlara əsasən ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi 2013-cü ildən bəri bitcoin istifadəçilərini izləyir. Milli Təhlükəsizlik Agentliyinin təqibi bitcoinlərin ictimai reyestrlərinin adi idarəsi çərçivəsindən kənara çıxa bilər. Bununla yanaşı agentlik qlobal internet trafiki analiz edir və blockchain istifadəçilərinin kimliklərini təyin etmək üçün xüsusi proqram təminatından istifadə edir.
        Məsələn Milli Təhlükəsizlik Agentliyinin memorandumlarından birindəki məlumata əsasən agentlik bitcoin istifadəçilərinin şifrələrini, onların internetdəki aktivliklərini və s. kimi konfidensial məlumatları yığıb. Hesabata əsasən agentlik blockchain istifadəçilərinin internet fəaliyyətlərini 2013-cü ildən bəri OAKSTAR MONKEYROCKET kod adlı tətbiqləri vasitəsilə idarə edir. Təqdim olunmuş sənədlərə əsasən bitcoin şəbəkəsindəki tranzaksiyaların izlənməsi agentlik üçün əsas prioritetlərdən biridir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər