ABŞ'ın ticarət nazirliyi Huawei şirkətinin lisenziyasını 3 aylıq bərpa edir

ABŞ'ın ticarət nazirliyi Huawei şirkətinin lisenziyasını 3 aylıq bərpa edir

Texnologiya
21.05.2019 PAYLAŞIM

    ABŞ hökuməti Çinin Huawei şirkətinə və onun strukturuna daxil olan digər şirkətlərə 19 avqust 2019-cu il tarixinə kimi müəyyən müddətlik lisenziya verib. Həmin lisenziya 90 gün üçün nəzərdə tutulub. Lisenziya vaxtının bitməsinə kimi şirkət öz cihaz və şəbəkələrinin dəstəklənməsi üçün ABŞ-dan təchizat alışını və istifadəsini reallaşdıra biləcək. Bu barədə Reuters saytına istinadən Vc.ru saytı xəbər verib. Buna baxmayaraq şirkətə yeni məhsulların yaradılması üçün ABŞ şirkətlərindən təchizat alışı hələ də qadağandır.

    Bu lisenziya vasitəsilə şirkət yerli smartfonlar üçün yenilənmələrin təqdim olunmasını, şəbəkə və telekommunikasiya təchizatı xidmətlərinin göstərilməsini reallaşdıra biləcək. 16 may tarixində ABŞ-ın ticarət nazirliyi Huawei şirkətini qara siyahıya daxil etmiş və ona ABŞ hökumətinin xüsusi icazəsi olmadan yerli şirkətlərdən aparat və proqram təminatının alışını qadağan etmişdi.

Bənzər xəbər


    Həmin qərardan sonra Google, Intel, Qualcomm, BroadcomXilinx kimi şirkətlər də Huawei ilə əməkdaşlığı dayandırdılar. Huawei şirkəti isə öz növbəsində söz verdi ki, Huawei ilə Honor brendlərinin istifadəçiləri təhlükəsizlik sistemi yenilənmələrini əldə etməyə davam edəcəklər. Şirkətin gələcəkdə satışa çıxaracağı cihazların aqibətləri isə hələki bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sahib smartfonlar nə zaman..

1 il bundan öncə OPPO və Xiaomi şirkətləri ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sah..


AirPods Pro, Marshall Major III və Beats EP - Hansı? | Hədiyyə edirik

Bu 3 cihazdan birini hədiyyə qazanmaq üçün videonu izləyin və qaydalara əməl edin. Qaydalar videoda ..


Snapdragon 875 yeni çipset nüvələri ilə performansda nirvana olacaq

Qualcomm şirkətinin növbəti çipseti Snapdragon 875 ARM şirkətinin yeni Cortex nüvələrini istifadə ed..


Bu ilki yeni iPad modeli bu vacib özəllikdən məhrum ola bilər

Artıq beynəlxalq standart kimi qəbul edilmiş USB Type-C girişinə keçid məsələsində Apple şirkətinin ..


Huawei şirkəti 5G-nin işə salınmasını asanlaşdıran və ucuzlaşdıran yeni texnolog..

5G şəbəkə texnologiyası 3G və 4G şəbəkə texnologiyalarından yüksək sürət baxımından fərqlənir...


Xiaomi Mi Band 5 qolbağının rəsmi təqdimat tarixi elan edildi

Çinin WeChat sosial şəbəkəsindəki Xiaomi Mall adlı ictimai səhifəsində Xiaomi Mi Band 5 fitnes qolba..

×