main-post-cover

    ABŞ provayderinə tarix boyu ən böyük DDoS hücum edilib

    Elm & Texnologiya
    06.03.2018
    Farid Pardashunas
    “Arbor Networks” şirkəti ABŞ-ın provayderlərindən birinə ən böyük DDoS hücumu aşkar edib.
        Bu hücum zamanı trafikin həcmi saniyədə 1.7 terabitə çatıb. Kiberhücum zamanı Fevral ayının sonunda aşkar edilmiş və daha öncəki ən böyük DDoS hücumda istifadə olunmuş mexanizm işlədilib. Mütəxəssislər qorxurlar ki, aşkar edilmiş yeni mexanizm yaxın gələcəkdə bu cür böyük kiberhücumlarda daha çox istifadə olunacaq. DDoS hücum zamanı hackerlər çoxlu sayda kompüterdən qurbanın serverinə sorğular göndərirlər. Serverlər isə öz növbəsində bu cür böyük sorğu həcminin öhdəsindən gəlməyərək adi istifadəçilər üçün deaktiv olurlar. Bundan əlavə olaraq bu cür DDoS hücumların daha bir qorxunc tərəfi ondan ibarətdir ki, server hackerlərə vacib məlumatları ötürə bilər.
        DDoS hücumların bir çox üsulları mövcuddur. Məsələn həmin üsullardan birində hackerlər ictimai serverlərə yönələrək öz ünvanlarını qurban tərəfin ünvanı ilə dəyişdirirlər. Nəticədə cavab paketləri artıq hackerlərə deyil, qurban tərəfə göndərilir. Bu cür kiberhücum üsulu gücləndirici vasitəsilə reallaşdırıla bilər. Bu o deməkdir ki, serverə göndərilmiş hər bir sorğu qurban tərəfə böyük həcmli paket göndərir. Üsuldan asılı olaraq gücləndirmənin əmsalı 10 və hətta 100 dəfə böyüyə bilir. Fevral ayının sonunda internet şirkətləri bu mexanizmin daha güclü variantını aşkar etmişdilər.
        Bu dəfə hackerlər qorunmayan Memcached serverlərdən istifadə etməyə başlayıblar. Həmin serverlər keşləndirmə və bəzi məlumatların yüklənməsini sürətləndirmək üçün nəzərdə tutulub. Əsas fərqli cəhət isə gücləndirmənin əmsalında olub. Bəzi hallarda o, 50.000-ə çatıb. Məsələn tədqiqatçılar bu cür hücumu təcrübi sınaqdan keçirdərək 15 baytlıq sorğuya 750 kilobaytlıq cavab paketi reallaşdırmağı bacarıblar. Fevral ayının sonunda məşhur GitHub servisi bu cür hücuma məruz qalmış və bu hücum tarix boyunca edilmiş ən böyüyü hesab olunurdu. Belə ki, hücum zamanı trafikin həcmi saniyədə 1.35 terabitə çatırdı.
        Bu hadisədən bir müddət sonra isə saytların təhlükəsizliyi istiqamətində fəaliyyət göstərən “Arbor Networks” şirkəti ABŞ provayderlərindən birinə edilmiş yeni rekord hücumdan danışıb. Yeni hücum zamanı trafikin həcmi saniyədə 1.7 terabit təşkil edib. Şirkət bidlrib ki, bir neçə müddət bundan öncə GitHub-a edilmiş kiberhücumdan sonra qorunmayan Memcached serverlərə sahib olan bəzi təmsilçilər onlara olan girişi məhdudlaşdırıblar. Lakin buna baxmayaraq şəbəkədə hackerlərin hücumlarına məruz qala biləcək hələ 10.000-dən çox server var. Buna görə də mütəxəssislər əmindirlər ki, yaxın zamanda bu üsul hackerlər tərəfindən daha sıx istifadə olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər