main-post-cover

    ABŞ sanksiyaları səbəbilə Hauwei Mate 30 seriyası Avropa bazarında bir qədər gec satışa çıxa bilər

    Elm & Texnologiya
    11.09.2019
    Emil Nəcəfov
        Avqust ayının sonunda məlum olmuşdu ki, Huawei Mate 30 seriyasında Google servisləri olmayacaq. Lakin görünür, Huawei şirkəti bu problemi aradan qaldırmağın yolunu tapıb. Bu barədə Huaweicentral.com saytı xəbər verib. Huawei Consumer Business Group-un rəhbəri Richard Yu, IFA 2019 sərgisi çərçivəsində jurnalistlərə müsahibə verən zaman qeyd edib ki, Mate 30 və Mate 30 Pro smartfon modelləri həqiqətən də Play Store online mağazasına və Google şirkətinin digər servislərinə sahib olmayacaqlar.
        Lakin çinli istifadəçilər üçün bunun problem olmamasına baxmayaraq Google servislərinin olmaması öz növbəsində Avropa bazarındakı satışlara təsir göstərə bilər. Buna görə də beynəlxalq bazarda yeni smartfonlar Android Open Source Project (AOSP)-dən istifadə edəcəklər. Bu, Android əməliyyat sisteminin açıq kod mənbəli versiyasıdır. Bu əməliyyat sistemi versiyasında isə bütün lazımi tətbiqləri istifadəçi özü yükləyə biləcək.
        Richard Yu söz verib ki, bu elə də qəliz bir proses olmayacaq. Bununla yanaşı o qeyd edib ki, kənar tərtibatçılar şirkət ilə əməkdaşlıq edirlər və onlar istifadəçilərə Google servislərini təqdim etməyə hazırdırlar. Buna baxmayaraq çox güman ki, ABŞ sanksiyaları səbəbilə Mate 30 seriyası Avropa bazarında biraz gec satışa çıxacaq. Smartfonlar ilk öncə Çin bazarında satışa çıxacaqlar. Bir müddətdən sonra isə onları beynəlxalq bazarda da almaq mümkün olacaq. 
    Linki kopyala