ABŞ senatı, Face ID texnologiyasından narahatdır. Şirkət, istifadəçi məlumatlarını digərlərinə sata bilər

ABŞ senatı, Face ID texnologiyasından narahatdır. Şirkət, istifadəçi məlumatlarını digərlərinə sata bilər

Texnologiya
15.09.2017 PAYLAŞIM

Face ID texnologiyasına sahib iPhone X hələ satışa çıxmayıb, lakin bir çoxları konfidensiallıq məsələsi barəsində narahatdır.

Bu məsələ ilə bağlı ABŞ senatında iki sual yaranıb. “Apple”, xüsusi xidmət orqanlarına insanların üz skanlarını ötürəcək mi? Və ya şirkət özünün müxtəlif məqsədləri üçün həmin məlumatları yığacaq mı? ABŞ senatoru Al Franken, Tim Cook-a, özünü narahat edən sualları birləşdirən məktub göndərib. Onun bir sıra sualları, iPhone X-in prezentasiyasından sonra xəbər agentlikləri tərəfindən səsləndirilmişdi. “Apple” bildirəndəki Face ID-nin səhv etməsi ehtimalı milyonda birə bərabərdir, kibertəhlükəsizlik üzrə mütəxəssislər, şirkəti tənqid etməyə başladılar. Al Franken bilmək istəyir ki, bu texnologiyanın yaradıcıları hansı əsasa görə bu cür ehtimalı qeyd ediblər və texnologiyanın hack olunmasının qarşısını almaq üçün hansı tədbirləri görüblər. Məlumata əsasən şirkət bu alqoritm üçün milyard sayda foto misalı ilə təlim keçib.

Franken-in birinci sualı ondan ibarətdir ki, şirkət həmin fotoları hardan götürüb. Senator qorxur ki, şirkət bu alqoritmi öz məqsədləri üçün istifadə edərək insanların üz skanlarını digər şirkətlərə və dövlət orqanlarına satacaq. iPhone X-in təqdimatı zamanı şirkətin marketinq üzrə vitse-prezidenti Phil Schiller, qeyd etmişdi ki, iPhone X-də olacaq bütün biometrik məlumatlar, smartfonun prosessoru vasitəsilə cihazın özündə emal olunacaq və heç bir bulud servisə yönləndirilməyəcək. Lakin senator əmin olmaq istəyir ki, şirkət, gələcəkdə də bu qayda üzrə hərəkət edəcək və insanların məlumatlarını özündə saxlamayacaq. Franken həmçinin bilmək istəyir ki, şirkət uzaqdan, istifadəçinin smartfonuna daxil olaraq ordakı biometrik məlumatları götürmək imkanına sahibdir yoxsa yox. Bununla yanaşı senatoru maraqlandıran daha bir məsələ isə ondan ibarətdir ki, əgər polislər və digər xidmət orqanları, şirkətdən hansısa istifadəçinin məlumatlarını əldə etmək istəsələr, onda şirkət buna necə reaksiya verəcək?


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi brendi özünün Redmi Watch adlı ilk smart saatını təqdim edib - QİYMƏTİ..

Yeni smartfonlarla birlikdə Xiaomi-nin Redmi brendi həmçinin özünün Redmi Watch adlı ilk smart saatı..


SpaceX-in yeni rekordu: Eyni Falcon 9 raketi 7-ci kosmik uçuş missiyasını uğurla..

SpaceX şirkəti çoxistifadəli kosmik aparatlar sahəsində növbəti rekorda imza atıb. Belə ki, şirkət e..


Cənubi Koreyadan olan tədqiqatçılar naqilsiz infraqırmızı şarj texnologiyasını y..

Cənubi Koreyadan olan tədqiqatçılar smartfonlar üçün naqilsiz infraqırmızı şarj texnologiyasını yara..


İnsayderlər Intel şirkətinin 5 nanometrlik prosessorlarının nə zaman istehsal ol..

Intel şirkəti özünün 7 nanometrlik prosessorlarını hələ təqdim etməyib. Lakin buna baxmayaraq insayd..


Apple M1 prosessoru real testlərdə Intel prosessorunu məhv edib (VİDEO)

İnternetdə Apple şirkətinin öz noutbukları üçün nəzərdə tutulmuş M1 adlı 5 nanometrlik prosessorunun..


İnsayderlər Apple şirkətinin nə zaman 4 nanometrlik mobil prosessora keçid edəcə..

Apple şirkətinin iPhone 12 smartfonları 5 nanometrlik prosessor əldə etmiş ilk smartfonlar oldular. ..

×