
ABŞ-ın əlaqələr üzrə federal komissiyası (FCC) SpaceX şirkətinin Starlink layihəsinə yaşıl işıq verdi. Qeyd etmək lazımdır ki, bu layihə qlobal internet şəbəkəsinin yaradılması üçün nəzərdə tutulub. Komissiya Yer kürəsinin aşağı orbitində Wi-Fi şəbəkələrinin yerləşdirilməsi üçün bir sıra şərtlər qoyub. Beləliklə 4425 ədəd peyk 1150 km-dən 1325 km-ə qədər yüksəklikdə yerləşməlidirlər və növbəti 6 il ərzində istifadəyə verilməlidirlər (29 Mart 2024-cü ilə kimi). Daha 7518 ədəd peyk isə 335-346 km yüksəklikdə yerləşəcəklər və FCC-in əlavə icazəsindən sonra işə salınacaqlar.
Ümumilikdə SpaceX Yer kürəsinin
orbitinə 12.000 peyk göndərməyi planlaşdırır. SpaceX-in Starlink layihəsi
dünyanın bütün insanlarını Wi-Fi şəbəkəsi ilə təmin edəcək. Peyklər maksimal
yüklü siqnalları rayonlara göndərəcəklər. Daha sonra isə həmin siqnallar
istifadəçilərin evlərindəki terminal və stansiyalarına ötürüləcək. Güman olunur
ki, belə halda şəbəkə siqnalının gecikmə müddəti 25-35 millisaniyə təşkil edəcək.
Müqayisə üçün qeyd etmək lazımdır ki, müasir peyklərdə bu göstərici 600 millisaniyədir.
SpaceX-in məlumatına əsasən şəbəkəyə qoşulma sürəti 1 giqabit saniyə olacaq.
Bununla belə internet hətta planetin ən ucqar nöqtələrində də olacaq.
Şərh yoxdur