
ABŞ yenidən Paris iqlim sazişindən (COP) çıxdı
Elm & Texnologiya
21.01.2025
Emil
ABŞ prezidenti vəzifəsinə geri qayıtmış Donald Trump 2017-ci ildəki addımını təkrarlamağa qərar verib. Söhbət, ABŞ-ın Paris iqlim sazişindən (COP) çıxarılması qərarından gedir. Bu o deməkdir ki, ABŞ iqlim dəyişikliyi ilə mübarizədə aparılan qlobal tədbirlərdə iştirak etməyəcək və atmosferə ifraz edilən parnik qazları miqdarının aşağı salınması və inkişafda olan ölkələrə bu mövzuda maliyyə dəstəyinin təqdim edilməsi kimi öhdəliklərinin yerinə yetirilib-yetirilməməsinə özü qərar verəcək. Birinci prezidentlik dövründə Trump, iqlim dəyişikliyi ilə mübarizəyə istiqamətlənmiş bu sazişdən çıxmışdı. Lakin Trump-dan sonra Ağ Evə gəlmiş Joe Biden öz növbəsində ABŞ-ın yenidən bu sazişə qoşulması qərarını verdi.
İndi isə Trump, ABŞ-ın artıq keçmiş prezidenti olan Joe Biden tərəfindən qəbul edilmiş bir çox qərarı ləğv etməyə istiqamətlənib. Onların arasında iqlim ilə bağlı tədbirlər də var. Trump-ın bu addımı ABŞ-ı iqlim sazişini imzalamamış ölkələrin siyahısına daxil edib. Bu siyahıda İran, Liviya, Cənubi Sudan, Eritreya və Yəmən kimi ölkələr var. Paris sazişindən çıxış nə deməkdir? ABŞ ifraz edilən parnik qazları miqdarını 2035-ci ilə qədər 66% azaltmaq öhdəliyini yerinə yetirmək məcburiyyətində deyil və inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə maliyyə yardımı etməyi planlaşdırmır. Digər tərəfdən ABŞ-ın bu sazişdən çıxması qlobal iqlim təşəbbüslərinə ciddi təsir göstərə bilər.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
