Adi avtomobilin istehsalından daha ucuz: Tesla Cybertruck-ın istehsalat xərci hesablanıb

Adi avtomobilin istehsalından daha ucuz: Tesla Cybertruck-ın istehsalat xərci hesablanıb

Texnologiya
21.01.2020 PAYLAŞIM

    Keçən ilin noyabr ayının sonunda Tesla şirkəti qeyri adi dizayna sahib Cybertruck adlı elektrikli pikap modelini təqdim etmişdi. Həmin vaxtda elektromobilin qeyri adi dizaynı bir çoxlarını təəccübləndirmiş və maraqlarını cəlb etmişdi. Lakin Sandy Munro adlı mütəxəssisin fikrincə bu cür qeyri adi dizayn heç də təsadüfi yaradılmayıb. Onun sözlərinə görə sözügedən dizayn Tesla şirkətinə Cybertruck-ın istehsalında milyonlarla dollar vəsait qənaət etməyə yardımçı olacaq.

    Bu barədə Electrek saytı xəbər verib. Mütəxəssisin sözlərinə əsasən adi avtomobillərin gövdələrinin istehsalat texnologiyası ilə müqayisədə Tesla Cybertruck-ın gövdəsinin hazırlanma texnologiyası daha ucuz başa gəlir. Belə ki, ekzoskelet əsaslı platformadan və ultranazik paslanmaz poladdan istifadə istehsalat xərclərini aşağı salır. Bu məsələdə mütəxəssis növbəti misalı gətirib:

    50.000 ədəd Ford F-150 pikap modelinin istehsalına 210 milyon dollar tələb olunursa, 50.000 ədəd Tesla Cybertruck-ın istehsalına 30 milyon dollar vəsait tələb olunacaq. Təbii ki, bu vəsait göstəricisinə yalnız istehsalat prosesi daxildir. Elektromobilin istehsalı üçün olan materialların qiymətləri bura daxil deyillər. Elon Musk özü şəxsən mütəxəssisin analizini qiymətləndirib. Musk qeyd edib ki, mütəxəssisin analizlərində həm doğru olan həm də doğru olmayan məqamlar var.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Saniyədə 7.5 Gbit yüklənmə sürəti: Snapdragon X60 adlı yeni 5G modem təqdim edil..

Qualcomm şirkəti üçüncü nəsil modem radiosistemi olan Snapdragon X60 5G Modem-RF System-i təqdim etd..


Galaxy Z Fold 2 barəsində yeni məlumatlar verilib

XDA-Developers saytının baş redaktoru Max Weinbach, Galaxy Z Fold 2 smartfon modeli barəsində məluma..


Mi 10-dan daha sürətli satış: Mi 10 Pro-nun birinci partiyası rekord vaxta satıl..

Adi Xiaomi Mi 10-nun satışa çıxmasından bir neçə gün sonra Çində Mi 10 Pro modeli də satışa çıxdı...


Apple şirkəti kontentləri istifadəçilərin cihazlarına daha sürətlə çatdıracaq..

Netflix və Google Stadia kimi streaming servisləri sürətlə məşhurlaşmağa davam edirlər. Lakin təqdim..


iPhone 9-un (iPhone SE 2) təqdimat və satış tarixləri məlum oldu

iPhone-Ticker saytının jurnalistləri Apple şirkətinin nə zaman iPhone 9-u (iPhone SE 2) təqdim edəcə..


MWC 2020-nin ləğv edilməsinə baxmayaraq Huawei və Honor öz təqdimatlarını keçird..

Görünür, Barselonadakı MWC 2020 sərgisinin ləğv edilməsi Huawei və Honor brendlərinin işlərinə təsir..