Logo
    main-post-cover

    Adi Galaxy Note 10 modeli təqdimatdan öncə Geekbench testindən keçdi

    Elm & Texnologiya
    16.07.2019
    Emil
        Galaxy Note 10 smartfon seriyasının 5G modelindən sonra onun adi modeli də məşhur Geekbench bençmark saytında testdən keçib. Test nəticəsində adi Galaxy Note 10 modelinin imkanları və bəzi texniki göstəriciləri təqdimatdan öncə məlum olub. Bu barədə GSMarena saytına istinadən 4pda saytı xəbər verib.

        Beləliklə SM-970F model nömrəsinə sahib smartfon 8 nüvəli Exynos 9825 prosessoru və 8 GB RAM ilə təchiz olunub. Geekbench-in birnüvəli testində smartfon 4495 xal, çoxnüvəli testində isə 10233 xal toplayıb. Qeyd etmək lazımdır ki, Samsung şirkəti yeni Galaxy Note 10 seriyasını 7 avqust tarixində təqdim edəcək. Gözləntilərə əsasən şirkət həmin təqdimat tədbirində 4 ədəd Galaxy Note 10 modelini təqdim edəcək: Galaxy Note 10, Note 10+, Note 10+ 5GNote 10e.
    Paylaş
    Bənzər xəbərlər