Aegis Q27G4 adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
24.11.2023
Emil
AOC şirkəti Aegis Q27G4 adlı yeni gaming monitorunu təqdim edib. Sözügedən yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir və özündə Adaptive-Sync texnologiyasının dəstəyini birləşdirir. Monitor həmçinin HDMI 2.0 və DisplayPort 1.4 girişlərinə sahibdir. AOC Aegis Q27G4 artıq Çin bazarında satışa çıxıb və 197$-a satılır. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
Paylaş
Ən çox oxunanlar