Afrikadakı kobalt şaxtalarda çalışan uşaqlar məşhur şirkətlərə qarşı məhkəmə iddiası qaldırıblar

Afrikadakı kobalt şaxtalarda çalışan uşaqlar məşhur şirkətlərə qarşı məhkəmə iddiası qaldırıblar

Texnologiya
17.12.2019 PAYLAŞIM

    Konqo Demokratik Respublikasından olan 14 anonim şəxs Apple şirkətinə, Alphabet holdinqinə (Google şirkətinə sahib olan holdinq), Dell şirkətinə, Microsoft-a və Tesla-ya qarşı kollektiv məhkəmə iddiası qaldırıblar. Həmin şəxslər azyaşlı uşaqların kobalt şaxtalarında çalışmaları üzrə sözügedən şirkətlərdən təzminat tələb edirlər. Bu barədə Rusbase saytı xəbər verib. Məhkəmə iddiasını qaldırmış şəxslər arasında kobalt şaxtalarında çalışan uşaqlar və həmin şaxtalarda çalışma səbəbi ilə vəfat etmiş uşaqların yaxınları var. Məhkəmədə həmin şəxslərin maraqlarını insan hüquqlarının qorunması üzrə beynəlxalq təşkilat olan IRAdvocates qoruyur.

    Məhkəmə iddiasının mətnində qeyd edilib ki, Konqo Demokratik Respublikasında olan kobalt şaxtalarında uşaqlar gün ərzində 2-3$-a çalışırlar. Bununla belə onlardan bir çoxu həmin şaxtalarda olan uçqunlar səbəbilə vəfat edir və ya ciddi zədələr əldə edirlər. Qeyd etmək lazımdır ki, kobalt litium-ion batareyalarının istehsalında istifadə olunur. Həmin batareyalar olmadan isə Apple şirkətinin cihazları, Tesla şirkətinin elektromobilləri, Google şirkətinin isə serverləri və digər cihazları çalışa bilməzlər. Hüquq müdafiəçiləri şaxtalarda çalışan şəxslər və onların ailələri üçün Apple-dan, Alphabet-dən, Dell Technologies-dən, Microsoft-dan və Tesla-dan təzminat tələb edirlər. Həmin təzminatlar isə kobalt şaxtalarında çalışan uşaqların mənəvi və fiziki zərərlərini, maaşların və digər ehtiyaclarını qarşılamalıdırlar.


    Bununla yanaşı kobaltlı məhsulların satışlarından əldə edilmiş gəlirlərin həmin şirkətlərdən alınması da tələb edilib. Hüquq müdafiəsi üzrə fəaliyyət göstərən beynəlxalq təşkilat olan IRAdvocates şirkətlərə dəymiş zərərin qarşılanması üçün xüsusi fondun yaradılmasını təklif edir. Məhkəmə iddiasında qeyd edilib ki, adları sadalanmış şirkətlər metalın hansı üsullarla əldə edilməsindən xəbərdardırlar. Lakin buna baxmayaraq onlar bu vəziyyətin yaxşılaşdırılması üçün heç bir tədbir görməyərək öz məhsullarının satışlarından gəlir əldə etməyə davam edirlər. IRAdvocates qeyd edib ki, bu şirkətlər öz gəlirlərini qeyri qanuni və ədalətsiz şəkildə əldə edirlər. Təşkilat əlavə edib ki, öz məhsullarında kobaltdan istifadə edən digər şirkətlər də məsuliyyətə cəlb olunacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×