main-post-cover

    Ağıllı saat insanların həyatını xilas edəcək

    18.07.2018
    Bot Lala
    İnsanların həyatını təcili vəziyyətlərdə xilas edəcək “iBeat Heart Watch” adlı ağıllı saat satışa çıxarılıb.
    Technote.az bildirir ki, qurğunun dəyəri 250 ABŞ dolları təşkil edir.
    Rayan Hovardın dostunun yatdığı zaman qəfildən dünyasını dəyişməsi onu bu qurğunu ixtira etməyə sövq edib.
    Hovardın 3 il ərzində ərsəyə gətirdiyi saat bir saniyədə 100 dəfə insanın ürək döyüntüsü haqqında məlumat toplayır
    Əldə olunmuş informasiya süni intellekt vasitəsilə emal edilir. Normadan kənar hal qeydə alındıqda, saat istifadəçini xəbərdar edir. İstifadəçi əhvalı ilə bağlı problemi təsdiq etdikdə və ya 10 saniyə ərzində reaksiya vermədikdə saat təcili yardım xidmətini çağırır və istifadəçinin yaxınlarını xəbərdar edir.
    Bundan başqa, saat GPS, mobil şəbəkəyə qoşulma və SOS düyməsi ilə təchiz edilib. SOS düyməsini təcili kömək tələb olunduqda sıxmaq olar.
    Bundan başqa, qurğu Bluetooth vasitəsilə smartfona qoşulur
    Smartfona yüklənmiş proqramda xəstəlik tarixini və digər vacib məlumatları göstərmək olar.
    Qeyd edək ki, ürəklə bağlı problemlər yarandıqda 5 dəqiqə ərzində yardımın gəlməsi vacibdir. Lakin təcili yardımın belə qısa vaxt ərzində gəlməyi bəzən mümkün olmur.
    Buna görə, şirkət növbəti ayda “Heart Hero” mobil proqramını istifadəyə verəcək O, ən yaxında olan insana təcili köməyə ehtiyac duyan saat sahibi üçün nə edə biləcəyi haqqında xəbərdarlıq edəcək.
    Linki kopyala