Airbus-dan yeni texnologiya

Airbus-dan yeni texnologiya

Texnologiya
15.09.2018 PAYLAŞIM

Airbus şirkəti müxtəlif avialaynerlər və digər uçan aparatların hazırlanması ilə məşhurdur.

Technote.az bildirir ki, həmçinin dəniz yük daşınmaları ilə məşğul olan şirkət xüsusi olaraq bu məqsədlə Airseas bölməsi yaradıb.

Bənzər xəbər


Bölmə bu yaxınlarda dəniz səyahətlərini daha enerji-effektivli etməyə, eyni zamanda okeanın çirklənməsini azaltmağa imkan verən ağıllı yelkənlər təqdim edib. Airbus-ın dəniz yük daşınmalarının çox hissəsi ABŞ və Avropa arasında şirkət təyyarələrinin daşınmasına cəmlənib.

Bu yük gəmilərinə hər birinin sahəsi 1000 kvadrat metr təşkil edən yeni ağıllı yelkənlər quraşdırılacaq. Airseas mühəndislərinin sözlərinə görə, yelkəndən istifadə küləyin əlavə hərəkət qüvvəsi hesabına yanacağın istehlakını aşağı salır. Beləliklə, okeana atılan yanacağın tullantılarının miqdarı azalır ki, bu da dənizin flora və faunası üçün təhlükəli karbon izlərini əhəmiyyətli dərəcədə azaldır.

Ağıllı yelkənin daxilində yelkənlərin açılması üçün uyğun zamanı və yeri müstəqil müəyyən edən tənzimləyici və sensorlar dəsti qurulub.

Yelkən açıldıqdan sonra hava şəraiti, küləyin gücü və istiqamətini nəzərə alaraq gəminin hərəkətinə kömək etməyə başlayır. Yelkənin açılması və lazım olmadıqda bağlanması prosesində insan əməyindən istifadə olunmur. Sistem tamamilə avtonomdur.

Airbus 2030-cu ilədək böyük ticarət gəmilərinin minimum 10 faizində bu kimi yelkənlər quraşdırmağı planlaşdırır. Mütəxəssislərin hesablamalarına görə, yelkəndən istifadə ümumi xərclərə il ərzində 20 faizə qədər qənaət etməyə imkan verəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×