
AirPods 4 və yeni AirPods Max artıq gələn il təqdim oluna bilərlər
Elm & Texnologiya
26.10.2023
Bloomberg saytının məşhur insayderi Mark Gurman Apple tərəfindən hazırlanan digər naqilsiz qulaqlıqlar barəsində də məlumat verib. İnsayderin sözlərinə əsasən Apple hal hazırda AirPods 4 və yeni AirPods Max qulaqlıqları üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkət AirPods 4-ü gələn il təqdim etməyi planlaşdırır. Bununla belə AirPods 4 iki versiyada təqdim olunacaq və onlardan biri ətraf səs-küyün aktiv boğulması funksiyası ilə seçiləcək. Gurman bildirib ki, AirPods 4-ün satışa çıxamasından sonra şirkət AirPods 2 və AirPods 3 modellərinin satışlarını dayandıracaq. Bundan əlavə olaraq Apple gələn il yeni AirPods Max-ı da təqdim etməyi planlaşdırır. Yeni AirPods Max özündə Lightning əvəzinə USB-C girişini birləşdirməli və yeni gövdə rənglərinə sahib olmalıdır.
airpods max
airpods max 2
apple
apple airpods
airpods
apple airpods 4
apple airpods max
apple airpods max 2
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...