AirTag axtarış trekeri, artırılmış reallıq cihazı və s. Apple şirkəti bu il hansı məhsulları təqdim edəcək?

AirTag axtarış trekeri, artırılmış reallıq cihazı və s. Apple şirkəti bu il hansı məhsulları təqdim edəcək?

Texnologiya
06.01.2021 PAYLAŞIM

    Məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin bu il üçün hansı məhsulları təqdim edəcəyi barəsində proqnozlarını bölüşüb. Bu barədə Macrumors saytı xəbər verib. Analitik əmindir ki, şirkət bu il Apple AirTag adlı axtarış trekerini təqdim edəcək. Sözügedən cihazın hələ keçən il təqdim olunması gözlənilirdi. Lakin bu, baş vermədi. Qeyd etmək lazımdır ki, bu cihaz müxtəlif itmiş əşyaların tapılması üçün nəzərdə tutulub. Bunun üçün cihaz həmin əşyalara bərkidilir.

    Buna misal olaraq smartfonu, portmanatı, açarları və s. gətirmək olar. Nəticədə istifadəçi itmiş əşyaların harda yerləşdiyini tapa biləcək. Bundan əlavə olaraq bu il Apple şirkətinin artırılmış reallıq cihazı təqdim edəcəyi gözlənilir. Məlumata əsasən söhbət, Apple Glass eynəyindən gedir. Qeyd etmək lazımdır ki, son bir neçə il ərzində Apple şirkətinin bu cür cihaz üzərində çalışması barədə bir çox məlumatlar ortaya çıxıb. Təəssüflər olsun ki, şirkətin artırılmış reallıq cihazı barəsində dəqiq bir məlumat hələki yoxdur.


    Bununla yanaşı 2021-ci ildə yeni naqilsiz AirPods modellərinin, Apple şirkətinin fərdi ARM prosessorları ilə təchiz olunacaq yeni kompüterlərin və ilk mini-LED ekranlı cihazların təqdim olunacağı güman edilir. Məlumata əsasən mini-LED ekranlı ilk cihazlar arasında 12.9 düym ekranlı iPad Pro planşeti və MacBook kompüterləri olacaqlar. Təbii ki, iPhone 13 smartfon seriyasını da unutmaq lazım deyil. Yeni iPhone modellərinin payız fəslində təqdim olunacağı gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkəti VR cihaz üzərində çalışır: Bu VR cihaz nə zaman təqdim oluna bilər..

Apple öz VR cihazı vasitəsilə Facebook-un Oculus, Sony-nin Playstation VR və HTC-nin VR cihazları il..


SpaceX şirkəti 2 ədəd neft buruğu alıb: Neft buruqları şirkətə hansı səbəbə görə..

Görünür, SpaceX şirkəti Starship kosmik gəmilərinin kosmosa start uçuşları üçün nəzərdə tutulmuş üzə..


Apple yenilənmiş Face ID texnologiyasının patentini əldə edib

ABŞ-ın patentlər üzrə təşkilatı Apple şirkətinin yeni patent sorğusu barəsində məlumat verib...


Dimensity 1200 və Dimensity 1100: MediaTek 5G dəstəkli 2 yeni mobil prosessoru t..

MediaTek şirkəti rəsmi olaraq 2 yeni mobil prosessoru təqdim edib. Söhbət, Dimensity 1200 və Dimensi..


Elektromobillər üçün sürətli şarj texnologiyasına sahib yeni növ litium-ion bata..

İsrailin StoreDot adlı startapı elektromobillər üçün nəzərdə tutulmuş yeni növ litium-ion batareyası..


Qualcomm büdcəli flaqman smartfonlar üçün 8 nüvəli Snapdragon 870 prosessorunu t..

Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon 870 adlı yeni mobil prosessoru təqdim edib.

×