main-post-cover

    'Alibaba', avtomobil satışı ilə məşğul olacaq çoxmərtəbəli aparat inşa edəcək (VİDEO)

    03.08.2017
    Farid Pardashunas

    Məşhur e-ticarət şirkəti olan “Alibaba”, Çində avtomobil ticarəti üzrə çoxmərtəbəli aparat inşa edəcək.

    Aparat, xarici görünüşcə çoxmərtəbəli yaşayış binasını xatırladacaq və onun hər mərtəbəsində müxtəlif avtomobil modelləri olacaq. Müştəri öz smartfonu vasitəsilə zövqünə uyğun avtomobil modelini seçəcək və ödənişi etdikdən sonra onun seçdiyi avtomobil avtomatik olaraq aşağı enəcək. “Tmall” şirkətinin baş meneceri və “Alibaba” holdinqinin tərkibində olan Yu Wei, ümid edir ki, bu cür çoxmərtəbəli aparat, yeni avtomobil alışı prosesini maksimal dərəcədə sadələşdirəcək. Onun fikrincə beləliklə avtomobili almaq, hansısa aparatdan sərinləşdirici içki almaq kimi asan olacaq. Məlumata əsasən ödəniş sistemi, Sesame Credit sistemindəki müştəri reytinqi ilə əlaqəli olacaq. Qeyd etmək lazımdır ki, həmin sistemdə istifadəçilər öz aktivliklərinə görə müəyyən sayda xallar əldə edirlər. Deməli həmin sistemdə 750 və ondan çox xalı olan müştəri, avtomobil alışı zamanı 10% miqdarında ilkin ödəniş edə biləcək. Vəsaitin qalan hissəsini isə o, hər ay ərzində kredit şəklində ödəyə biləcək. Qeyd etmək lazımdır ki, bu cür layihə bir ilk deyil. Belə ki, 2015-ci ildə ABŞ-ın Tennesi ştatında Carvana adlı 5 mərtəbəli online avtomobil satışı aparatı inşa edilmişdi. Bu ilin May ayında bu cür aparat Sinqapurda fəaliyyətə başladı və o, 15 mərtəbədən ibarət olaraq özündə 60-a yaxın avtomobili yerləşdirir. “Alibaba” tərəfindən reallaşdırılacaq bu layihə isə Çində bir ilk olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər