'Alibaba Group' şirkətinin təsisçisi və Çinin ikinci ən varlı şəxsi olan Jack Ma haqqında 20 maraqlı fakt

07.10.2017 0 PAYLAŞIM 1361 OXUNMA

Oğurlanma hadisəsindən tutmuş, Michael Jackson paltarlarının geyinilməsinə kimi “Alibaba Group” holdinqinin təsisçisi Jack Ma haqqında maraqlı hekayələr var. Harvard Universitetindən 10 dəfə rədd cavabı almış və nəticədə Çinin ən varlı adamlarından biri olmuş Jack Ma-nın hekayəsi həqiqətən də ilhamlandırır. Öz əzmliyi və təcrübələrə yönümlü xüsusiyyəti sayəsində Ma, günümüzdə ən uğurlu şirkətlərdən birini yaratdı. Söhbət, internet-kommersiya şirkəti olan “Alibaba Group”dan gedir. Sizlərə, Jack Ma haqqında 20 maraqlı faktı təqdim edirik.

O, yaxşı tələbə olmayıb:


İlk baxışdan düşünmək olar ki, Ma, yaxşı oxuyan bir tələbə olub. Lakin bu ele deyil. Ma-nın sözlərinə əsasən təhsil barəsində onun çox zaman bəxti gətirmirdi. “Mən, başlanğıc məktəbdə iki dəfə kəsr imtahanını, orta məktəbdə 3 dəfə imtahan verə bilməmişəm. 2 dəfə isə kollec imtahanından kəsilmişəm” – deyə Ma bildirib.

O, ingilis dilini 12 yaşında öyrənməyə başlayıb:


12 yaşında Ma, ingilis dilini öyrənməyi özünə məqsəd qoyur. 8 il ərzində o, hər səhər öz velosipedi ilə Quançjouda yerləşən otelə gedirdi. Orda o, turistik təlimçi kimi çalışaraq həm pul qazanır, həmdə ğz ingilis dili biliyini təkmilləşdirirdi.

Harvard Universiteti ona 10 dəfə rədd cavabı verib:


Adətən bir rədd cavabı bəs edir ki, bu universitet ilə bağlı planların üstündən xətt çəkilsin. Lakin Ma, adi bir şəxs deyildi. Hər il keçirilən Ümumdünya İqtisadi Forumunun 2015-ci ildəki tədbiri çərçivəsində müsahibələrin birində Ma, etiraf etdi ki, ona Harvard Universitetindən 10 dəfə rədd cavabı gəlib.

O, kollecdən sonra kim olmaq istədiyini bilmirdi:


Quançjou Pedaqoji Universiteti bitirəndən sonra Ma, 30-yaxın iş vakansiyasına müraciət etsə də, ona hamısından rədd cavabı gəldi. Həmin vaxtda o, kim olmaq istədiyini bilmirdi və iş yerlərinə öz CV-ni göndərəndə hər bir vəzifəni qeyd edirdi. Hətta polis vəzifəsini belə.

KFC ona rədd cavabı verdi:


Kollecdən sonra Ma-nın müraciət etdiyi 30 iş vakansiyası arasında həmçinin KFC-də restoran əməkdaşı vəzifəsi də var idi. KFC, 24 namizəddən 23-nü işə götürdü. Ma, yeganə şəxs idi ki, ona rədd cavabı gəlmişdi.

O, “Forrest Gump” filmini sevir:


Forrest Gump, Jack Ma üçün nümunəvi personajdır. Gump kimi Ma da, məktəb vaxtlarında onu incidən uşaqlarla mübarizə aparır və nəticədə uğur qazanmışdı. “Mən bu filmi ən azı 10 dəfə izləmişəm. Kefim olmayanda həmişə bu filmi izləyirəm. Mən hətta onu, Nyu Yorka gəlməmişdən öncə də izləmişəm” – deyə Ma, müsahibələrindən birində etiraf edib.

O, müəllim vəzifəsində çalışaraq ayda 12-15$ pul qazanırdı:


Quançjou Pedaqoji Universitetini bitirəndən sonra şans onun üzünə güldü. Ma, 500 tələbədən yeganə şəxs idi ki, universitetdə dərs demək təklifi almışdı. Ma-nın sözlərinə əsasən universitetdə ingilis dərsi keçən vaxtlarda onun aylıq gəliri 12-15$ təşkil edirdi.

Onun internetlə ilk tanışlığı, 1995-ci ildə baş tutdu:


1995-ci ildə o, Sietlda tərcüməçi kimi çalışan zaman, dostu ona interneti göstərdi. Onun, Yahoo axtarış sistemindəki ilk axtarış sorğusu “pivə” idi. Beləliklə Ma, müəyyən etdi ki, Yahoo-da Çin barədə məlumat yoxdur. Beləliklə o, China Pages adlı saytı istifadəyə verməyə qərara aldı.

Onu oğurlayıb silah ilə hədələyiblər:


ABŞ-a ilk səyahəti çərçivəsində Ma, öz dostunun adından amerikalı bir iş adamının borclu olduğu pulu götürmək üçün Kaliforniya ştatının Malibu şəhərinə getməli idi. Nəticədə həmin iş adamı, Ma-nı öz evində dustaq kimi saxlayaraq onu silahla hədələyirdi. Bir neçə gündən sonra həmin şəxs, Ma-nı, Las Veqasa gətirdi. Las Veqasda, Ma, çinli iş adamlarından ibarət bir qrupla görüşməli idi. Həmin mərhələdə ilkin kapitala sahib olmayan Ma, Las Veqasdakı oyun avtomatları sayəsində 600$ qazanmış və Sietla qayıdış bileti almışdır.

Onun ilk sahibkarlıq təcrübəsi, uğursuzluqla nəticələndi:


Çində internetin məşhurlaşdırılması səbəbilə China Pages layihəsini işə salmaq üçün dostlarından borca 2000$ götürmüş Ma, başa düşdü ki, hər şey planlaşdırıldığı kimi getmir. Öz kiçik evində qurduğu serverlə çalışan zaman Ma gördü ki, saytdakı səhifələr 3 saatdan çox müddətə açılır. Həmin vaxtda onun əsas rəqibi China Telecom idi. O, ortaq müəssisənin yaradılması üçün “China Telecom”dan 185.000$ investisiya almışdı. Sonda isə Ma anladı ki, özünü hələ biznesdə tapmayıb. Nəticədə isə o, Çinin, Xarici Ticarət və İqtisadi Əməkdaşlıq nazirliyinə işə düzəldi.

Jack Ma, Alibaba-nın istifadəyə verilməsini, videoda anons etdi:


İnternetin, Çində irimiqyaslı istifadəsi üçün Ma, 1999-cu ildə yeni biznes ideyası qurdu. Beləliklə kiçik və orta biznes üçün özünün elektron kommersiya platformasını işə salmaq ötrü Ma, 18 dostundan ümumilikdə 60.000$ borca pul götürdü. Quançjoudakı kiçik evində keçirilmiş görüş zamanı, Ma, video vasitəsilə Alibaba-nı dünyaya təqdim etdi.

“Alibaba” şirkətinin adı, məşhur nağıldan götürülüb:


Ma, öz şirkəti üçün adı, Əlibaba və qırx quldur barəsində olan həmin nağıldan götürüb. Belə ki, Ma, günlərin birində böyük zənginliklər tapmış kasıb şəxs haqqında nağıldan ilhamlanmışdı.

Şirkəti inkişaf etdirən zaman, Ma və onun komandası, səhvlər edirdilər:


Ma-nın təcrübəsi, onun qarşısına çıxmış çətinliklər və səhvlər olmasaydı, çətinki dünya biznes tarixinə düşərdi. O, “Alibaba”nın uğurlu olmasını, 3 əsas faktorla izah edir. Pulun, texnologiyaların və planın olmaması. O bildirib ki, məhdudlaşdırılmış resurslar, onun komandasını daha məhsuldar edib. Burda əsas səbəb kimi həmdə kiçik investisiyalar da çıxış edir. Belə ki, Ma, onları daha səmərəli şəkildə xərcləməli idi. Hətta “Alibaba”, böyük bir şirkətə çevriləndən sonra da, sürətlə inkişaf etmək niyyətində idi və bunun yolunda Ma, bir çox işçiləri işlərindən azad edirdi. Ma-nın bildirdiyinə görə 2002-ci ildə şirkətin ümumi gəliri 1$ təşkil edirdi.

“Alibaba”, IPO vasitəsilə ən çox vəsait yığma rekorduna sahibdir:


“Alibaba”, IPO-ya çıxan zaman o, 25 milyard dollar vəsait əldə edərək dünya rekorduna imza atmış və “Facebook”, “Visa” kimi şirkətləri geridə qoymuşdu.

Lakin, Jack Ma, şirkətin özəl olaraq qalmasını istəyirdi:


2015-ci ildə Ma bildirdi ki, o, şirkəti, özəl olaraq saxlamaq istəyirdi. “Hal hazırda IPO şəraitində işlər çox pisdir. Əgər mən, həyatı yenidən yaşasaydım, onda şirkəti, özəl olaraq saxlayardım” – deyə o bildirib. IPO-ya çıxandan sonra şirkət, diqqət mərkəzində idi. O, investorların, maliyyə tənzimləyicilərin və kütləvi informasiya vasitələrinin diqqətlərini öz üzərinə çəkmişdi. Jack Ma, artıq böyük səhnədə oynayırdı və bütün dünya ona baxırdı.

Ma-nın sözlərinə əsasən onun, texnologiyalardan o qədər də anlayışı yoxdur:


Ma bildirib ki, dünyanın ən böyük texnoloji şirkətlərindən birinə sahib olmasına baxmayaraq o, informasiya texnologiyaları barəsində çox da məlumata sahib deyil. “Mənnim, informasiya texnologiyalarından ümumiyyətlə başım çıxmır. Bildiyim tək şey, kompüterdən istifadə edərək saytdakı səhifələri çevirmək və elektron poçt vasitəsilə məktubları göndərib, qəbul etməkdir” – deyə Ma bildirib.

O, səhnədə çıxış etməyi sevir:


Ma, müxtəlif şoular yaratmağı sevir. 2009-cu ildə şirkətin 10 illiyi şərəfinə təşkil olunmuş partidə o, açıq rəngli parik taxaraq, məşhur “The Lion King” animasiya filmindəki mahnının müşaiyəti ilə çıxış etmişdi. Bu il keçirilmiş korporativ tədbir zamanı isə o, Michael Jackson-un paltarını geyinərək, məşhur “Billie Jean” mahnısı ilə çıxış etmişdi.

O, Çinin ikinci ən varlı şəxsidir:


Forbes-un məlumatlarına əsasən bu ilin sentyabr ayına əsasən Ma, Çinin ikinci ən varlı şəxsidir. Belə ki, onun səhmlərinin ümumi dəyəri, 39 milyard dollar qiymətləndirilib.

Ma, özünü qoca hiss etdiyi üçün şirkətin CEO vəzifəsindən gedib:


2013-cü ildə Ma, şirkətin CEO vəzifəsindən ayrıldı. “Mənim 48 yaşım var. Mən, belə sürətlə böyüyən biznesi idarə etmək üçün əvvəlki kimi cavan deyiləm. 35 yaşında mən daha enerjili və kreativ biri idim” – deyə o həmin vaxtda bildirmişdi.

Şirkətin CEO vəzifəsindən gedərək, Ma, sosial problemlərə diqqətini yönəltdi:


Financial Times ilə müsahibəsində Ma, şirkətin CEO vəzifəsindən ayrılandan sonra hansı işlərlə məşğul olacağı haqqında fikirlərini bölüşdü. “Çində hava, su və qida məhsullarının çirklənməsi səbəbilə 10-20 ildən sonra biz ciddi problemlərlə qarşılaşacağıq. Bu problemlərin arasında sürətlə yayılacaq xərçəng xəstəliyi də olacaq. Buna görə də bu, mənim, diqqətimi və resurslarımı ayıracağım sahələrdən biridir” – deyə Ma, öz müsahibəsində bildirmişdi.

2014-cü ildə “Alibaba”, “Citic 21CN” adlı şirkətin bir hissəsini alaraq öz adını “Alibaba Health Information Technology Ltd.”ə dəyişmişdi. Həmin vaxtdan xəstəxanaları və aptekləri, online formata keçirtmək üçün Ma, çoxlu miqdarda vaxtını və resurslarını sərf etmişdi. Həmin ildə o həmçinin təhsil, ətraf mühit və səhiyyə sahəsində olan problemlərin həllinə yönəlik Jack Ma adına fond da yaratdı. 2015-ci ildə öz fondunun ehtiyacları üçün 2.4 milyard dollar bağışlayaraq o, Çinin ən böyük xeyriyyəçisi adına laiq görülmüşdü. 

Mənbə: www.Entrepreneur.com (Rose Leadem)