Alibaba Group un yaradıcısı Jack Ma-dan sahibkarlara 5 məsləhət

Alibaba Group un yaradıcısı Jack Ma-dan sahibkarlara 5 məsləhət

Texnologiya
24.11.2017 PAYLAŞIM

18 il ərzində Jack MaAlibaba”nı dünyanın ən böyük texnoloji şirkətlərindən birinə çevirdi. Təkcə 11 Noyabr tarixində keçirilmiş endirimli alış-veriş günündə şirkət 25 milyard dollardan çox gəlir əldə etmişdi. Honkonqda keçirilmiş Jumpstarter 2017 adlı startap yarışmasında çıxışı zamanı Jack Ma sahibkarlar auditoriyasına öz məsləhətlərini verib.

1. Yaxşı sahibkar həmişə optimist olmalıdır. Jack Ma-nın fikrincə həmişə neqativ fikirlərdən azad olmaq lazımdır. Sahibkar həmişə optimist tərzdə düşünməlidir. “Siz həmişə optimist olmalısınız. Böyük sahibkar optimizm ilə gələcəyə baxır. Özünüzə sual verməlisiniz ki, siz hansı problemləri həll edə bilərsiniz və sizin qərarınız digərlərinin qərarlarından ne ilə fərqlənəcək? Özünüzdən soruşun ki, siz digər istənilən sahibkardan nəyi yaxşı edə bilərsiniz?” – deyə Jack Ma bildirib.



2. Sizi əhatə edən insanlar hər şeyi dəyişə bilərlər. Ətrafınızı sizin tərzdə düşünən insanlarla əhatə edin və arzunuzun ardınca gedin. “Sizə sizinlə çalışacaq insanlar qrupunu tapmaq lazımdır. Həmin insanlar sizin düşüncələrinizi dəstəkləyirlər. Onlar sizə ona görə qoşulmayıblar ki, bu sadəcə olaraq maaşlı işdir. Onlar sizə ona görə qoşulublar ki, onlar sizin arzunuza, missiyanıza və düşüncənizə inanırlar. Bu o demək deyil ki, siz bütün gücünüzü sərf edərək ən yaxşı mütəxəssisləri tapmalısınız. Dünyanın ən yaxşı mütəxəssislərini tapmağa ehtiyac yoxdur. Sizin komandanızda olanlar artıq ən yaxşılarıdır. Həmin komandanı məşq etdirin, onunla çalışın. Onda o komanda da həmçinin sizə çox şeyi öyrədəcək” – deyə Ma bildirib.

3. Başa düşün ki, nəyisə qurban vermək lazım olacaq. Uğura gedən yol heç də asan deyil. “Nəticədə nə əldə edəcəyiniz barədə düşünməyin. Nə verə biləcəyiniz barədə düşünün. 3 və ya 10 ərzində qalib gələcəksiniz? Əgər sizin böyük ideyanız varsa, özünüzü 10 ilə hazırlayın. Əgər bəxtiniz gətirsə, sizə 1 il də bəs edəcək. Lakin çoxları bu qədər bəxtəvər deyillər” – deyə Ma qeyd edib. Onun fikrincə sürətli qələbələr deyilən özəllik ümumiyyətlə yoxdur. “Gələn ay və ya gələn il uğur qazanacağınızı özünüzə söz verməyin. Mümkün deyil. Bu barədə unudun. Əgər ağlınızda 3 ili tutmusunuzsa, özünüzü 5 ilə hazırlayın. Nədən imtina etmək lazım olduğunuzu anladığınız zaman onun yerinə nəyisə əldə edə biləcəksiniz” – deyə Ma bildirib. Buna bariz nümunə kimi o, “Alibaba”nın investisiya tarixini göstərib. Şirkətin ilk investisiya raundunda o, 50.000$ əldə etmişdi. “Biz düşünürdük ki, bu vəsait bizə 10 ay üçün bəs edəcək. Biz xərclənmiş hər bir cent-i sayırdıq. Lakin həmin məbləğ heç 4 ay üçün çatmadı. Biz demək olar ki, iflas olmuşduq” – deyə Ma qeyd edib.


4. Məşhur trendlərə öz diqqətinizi yönəltməyin. Bu cür səviyyəyə çatmağı “Alibaba”  necə bacardı? Bunun səbəblərindən biri odur ki, həmin vaxtlarda internet çox yerdə yayılmamışdı. “Elektron kommersiya bu dərəcədə trenddə olmayan bir sahə idi. Heç kim ona inanmırdı. Lakin biz inanırdıq. Digərlərinin nə dedikləri bizi maraqlandırmırdı. Biz düşünürdük ki, onun gələcəyi var, o, insanlara yardımçı olacaq. Buna görə də biz bu layihəyə start verdik” – deyə Ma qeyd edib.

5. Gözləməyin ki, hər şey sizin üçün hazır olacaq. Tez start verib sürətlə irəliləmək laızmdır. Sizin layihəniz üçün hər şeyin hazır olacağını gözləmək lazım deyil. “Yaxşı mühitin və ya siyasətin yaradılacağını gözləməyin. Hər şey yaxşı olduğu zaman artıq sizin imkanlarınız yoxdur”. Əgər hakimiyyət sizin planlarınız üçün yaxşı olacaq qərarlar qəbul edibsə, onda başqa açıq yola üz tutun. “Əgər hakimiyyət qeyd edibsə ki, bu və ya digər sahədə artıq hər şey hazırdır, başqa sahəyə üz tutun. Belə ki, bu sahədə artıq sizin heş bir şansınız yoxdur” – deyə Ma bildirib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×