Logo
    main-post-cover

    Alibaba Group'un yaradıcısı Jack Ma şirkətdən ayrıldı

    Elm & Texnologiya
    10.09.2019
    Emil
        Çinin məşhur Alibaba Group şirkətinin yaradıcısı Jack Ma şirkətin direktorlar şurasınn sədri vəzifəsindən ayrıldı. Bu barədə Bloomberg Techcrunch saytları xəbər veriblər. Jack Ma şirkətdən ayrılma planını hələ 1 il bundan öncə elan etmişdi. Direktorlar şurasının sədri vəzifəsində Jack Ma-nı Daniel Zhang əvəz edəcək. O, 2017-ci ildən bəri şirkətin general direktoru vəzifəsində çalışır.
        Bloomberg saytının sorğusunda iştirak etmiş mütəxəssislərin fikirlərinə əsasən çətin ki, Daniel Zhang Jack Ma-nın dəstəyi olmadan vacib qərarlar qəbul etsin. Jack Ma, Alibaba-dan ayrılma fikrini ilk dəfə keçən ilin sentyabr ayında elan etmişdi. O, şirkətdən 10 sentyabr tarixindəki 55-ci doğum günündə ayrılmağı qərara aldı. Məşhur sahibkar təhsil sahəsinə geri qayıtmağı və xeyriyyə layihələri ilə məşğul olmağı istəyir.
        Bloomberg saytının hesablamalarına əsasən Jack Ma-nın maliyyə sərvəti 41.8 milyard dollar təşkil edir. Hal hazırda ona Alibaba səhmlərinin 5.3%-i məxsusdur. Onların ümumi dəyəri isə 24.6 milyard dollar təşkil edir. Jack Ma texniki təhsili olmayan keçmiş ingilis dili müəllimidir. O, Alibaba Group şirkətini 1999-cu ildə öz partnyorları ilə yaradıb. Şirkət AliExpress, Tmall, TaoBao kimi məşhur ticarət servislərinə sahibdir. Alibaba Group şirkətinin bazar dəyəri isə 460 milyard dollar təşkil edir.
    Paylaş
    Bənzər xəbərlər