
iPhone 11 modelləri bir neçə müddət bundan öncə satışa çıxıblar. Lakin istifadəçilər artıq şirkətin rəsmi forumunda bu smartfonlar barədə şikayətlərini qeyd etməyə başlayıblar. Alıcıların narazılıqları isə yeni smartfonların ekranları ilə bağlıdır. Belə ki, alıcılar şikayətlənirlər ki, yeni iPhone-ların gündəlik istifadəsi zamanı onların ekranları tez bir zamanda öz yenilik görünüşünü itirirlər. Bu barədə Pocketnow.com saytı xəbər verib.
Tarixdəki iPhone skandalları!
Apple şirkətinin rəsmi saytının texniki dəstək hissəsində bu məsələ ilə bağlı ciddi müzakirələr aparılır. İstifadəçilər qeyd edirlər ki, yeni iPhone modellərinin heç bir kəsici alət ilə qarşılıqlı əlaqədə olmadığı halda onların ekranları cızıqlarla örtülür. Bu problemlə qarşılaşmış istifadəçilər ekranları zədələnmiş iPhone 11 modellərinin fotolarını təqdim ediblər. Hələ təqdimat zamanı Apple şirkəti yeni iPhone modellərinin ekranlarının çox dözümlü olduqlarını qeyd etmişdi. Apple şirkəti bu məsələyə hələki fikir bildirməyib.
Şərh yoxdur