main-post-cover

    Alienware m18 adlı yeni gaming noutbuku təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    20.10.2023
    Emil Nəcəfov
         Alienware şirkəti öz yeni gaming noutbukunu təqdim edib. Təqdim edilmiş noutbuk Alienware m18 adını əldə edib. Sözügedən gaming noutbuku güclü prosessor ilə yanaşı həmçinin AMD şirkətinin yenicə təqdim edilmiş Radeon RX 7900M videokartını da əldə edib. Beləliklə Alienware m18 noutbuku 165 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 18 düym ekranla təchiz olunub. Ekran Dolby Vision dəstəyinə sahibdir.
         Texniki göstəricilərə gəldikdə isə noutbuk AMD Ryzen 9 7945HX prosessoru vasitəsilə çalışır və özündə DDR5-4800 standartlı 64 GB-a kimi RAM-ı və ümumi həcmi 8.5 TB təşkil edən 3 ədədə qədər SSD-ni birləşdirir. Noutbukun şarjı üçün 330 vatt gücündə olan GaN adapterindən istifadə edilir. Üstəlik Alienware m18 təkmilləşdirilmiş soyutma sisteminə də sahibdir. Belə ki, noutbuk 4 ədəd pər ilə təchiz olunub. Noutbuk özündə Ethernet, USB 3.2 Gen 1, USB 4 Gen 2DisplayPort 1.4 girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və SD kart girişini birləşdirir. Alienware m18 artıq satışa çıxıb və onun ABŞ-da qiyməti 1800$-dan start götürür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər