main-post-cover

    Alimlər 5D texnologiya vasitəsilə CD-ROM ölçüsündə olan diskə 500 TB həcmində məlumat yaza biliblər

    Elm & Texnologiya
    01.11.2021
    Farid Pardashunas
        Sauthempton Universitetindən olan alimlər yeni nəsil lazerlərin vasitəsilə məlumatların saxlanması sahəsində inqilab yaradıblar. Belə ki, onlar məlumatların inanılmaz dərəcədə sıx şəkildə yazılmasına və yazılmış məlumatların uzunmüddətli saxlanmasına nail olublar. Yeni texnologiya CD-ROM ölçüsündə olan yaddaş qurğusuna 500 TB (terabayt) həcmində məlumatı yazmağa imkan verir. Yeni texnologiyanın yaradıcıları güman edirlər ki, onun tətbiqi demək olar istənilən məlumatın yazılmasında mümkün olacaq. Muzey və kitabxana məlumatlarından tutmuş bioloji məlumatlara kimi. Bu yeni texnologiya 5 ölçülü (5D) optik yaddaş adını əldə edib. Sauthempton Universitetinin mütəxəssisləri bu texnologiya üzərində artıq uzun müddətdir çalışırlar. Texnologiyanın ilk versiyaları hələ 2013-cü ildə sərgilənmişdi.
        İlkin mərhələlərdə mütəxəssislər bu texnologiyadan istifadə edərək 300 KB (kilobayt) həcmində olmuş mətn faylını uğurlu şəkildə yaddaşa yazmağa və onu yaddaşdan çıxartmağa nail olmuşdular. Lakin alimlərin gözləntiləri daha yüksək idi. Bu yeni texnologiya çərçivəsində məlumatlar ultraqısa impuls lazeri vasitəsilə yazılır. Bu lazer inanılmaz dərəcədə qısa və güclü işıq impulsu şüalandırır. Həmin şüalanma nəticəsində şüşə üzərində çox kiçik (nano ölçülərdə) strukturlar yaranır. Yaranan strukturlar isə özlərində lazer şüalanmasının intensivliyi və polyarlaşması barəsində məlumatları birləşdirirlər. Saxlanılan məlumatlar arasında həmçinin lazer şüalanmasınn 3D ölçüləri də mövcuddur. Buna görə də sözügedən texnologiya məlumatların 5D saxlanması kimi qələmə verilir. 2015-ci ildə alimlər bu texnologiya sayəsində məşhur sənədlərin rəqəmsal versiyalarını yaddaşa yazmaqla öz nailiyyətlərini sərgiləmişdilər.
        Həmin vaxtda alimlər bu texnologiyanın digər keyfiyyətlərini də aşkar etmişdilər. Yüksək temperatura, nəmişliyə, maqnit sahələrinə və mexaniki zədələnmələrə qarşı həssas olan adi sərt disklərin yaddaşlarından fərqli olaraq məlumatların 5D saxlanması texnologiyası inanılmaz səviyyədə istilik sabitliyini və otaq temperaturu şəraitində limitsiz çalışma müddətini söz verir. Həmin vaxtda alimlər məlumatların yüksək sürətlə və yüksək sıxlıqla yazılması imkanını real şərtlər altında tətbiq etməli idilər. İndi isə onlar bildiriblər ki, “yaxın sahənin gücləndirilməsi” adlı optik fenomenin tətbiqi sayəsində bu məsələdə böyük nailiyyətlər əldə ediblər. Bunun sayəsində mütəxəssslər nanostrukturları ultraqısa impuls lazeri vasitəsilə deyil bir neçə zəif işıq impulslar vasitəsilə yaratmaq imkanını əldə ediblər. Bu isə öz növbəsində məlumatları saniyədə 1 milyon voksel sürətlə yazmağa imkan verir. Bu cür sürət isə saniyədə 230 KB-a bərabərdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər