Logo
    main-post-cover

    Alimlər: Gün ərzində smartfondan 5 saatdan çox istifadə yeniyetmələrdə suiqəsd istəklərini artırır

    Elm & Texnologiya
    16.11.2017
    Emil
    Smartfonlardan gün ərzində 5 saatdan çox istifadə yeniyetmələrdə depressiyaya və suiqəsd istəklərinə gətirib çıxarır.
    Bununla belə neqativ əhval-ruhiyyə ilə smartfondan istifadə müddəti arasındakı asılılıq qızlarda daha çox əks olunur. Bu cür nəticəyə amerikalı alimlər gəliblər. Onlar bu nəticəni 506.820 insan arasında apardıqları sosial sorğudan əldə ediblər. Mütəxəssislər Monitoring the FutureYouth Risk Behavior Surveillance saytlarının sorğu məlumatlarından istifadə ediblər.
    Həmin sorğuda 13-18 yaş arası amerikalı məktəblilər iştirak ediblər. Sorğuda olan suallar arasında uşaqların mütəmadi olaraq depressiyada olub-olmamaları, onların nə zamansa suiqəsd haqqında düşünüb-düşünmədikləri və s. kimi suallar olub. Bununla yanaşı yeniyetmələr gün ərzində neçə saat elektron cihazlardan istifadə etdiklərini də qeyd etmişdilər. Alimlər aydınlaşdırıblar ki, uşaqlarda ani depressiya və suiqəsd istəyinin yüksəlməsi 2010-cu illərdə başlayıb.
    2010-cu ildən fərqli olaraq 2015-ci ildə yüksək səviyyəli depressiya simptomları haqqında 33% daha çox insan xəbər vermişdi. Smartfondan və ya planşetdən gün ərzində 5 saatdan çox istifadə edən yeniyetmələrdən 48%-də minimum bir dəfə suiqəsd halı müşahidə olunub. Sözügedən cihazlardan gün ərzində 1 saatdan az istifadə edən insanlardan isə yalnız 28%-də bu cür hallara rast gəlinib.
    Paylaş
    Bənzər xəbərlər