Alimlər ilk dəfə qara dəliyin haləsini görüntüləməyi bacarıblar!
Elm & Texnologiya
19.11.2024
Farid Pardashunas
Əgər daha əvvəl Ay tutulmasına şahid olmusunuzsa, Ayın ətrafında yaranan haləni görmüsünüz. Buna bənzər bir struktur Günəşin və qara dəliklərin ətrafında da mövcuddur. Alimlər qara dəliklərin ətrafında yerləşən haləni görüntüləyə biliblər.
Nəzəri olaraq alimlər bildirirdilər ki, qara dəliklərin də ətrafında bir halənin olması lazımdır. Günəş haləsi kimi qara dəliklərin halələrin də görmək olduqca çətindir. Lakin yeni bir araşdırma bu haləni aydın şəkildə göstərib. Aktiv qara dəliklərin ətrafında qaz və tozdan ibarət halqa şəklində bir quruluş olduğu düşünülürdü. Bu halqa sürətlə hərəkət edən hissəciklərdən ibarət disk rolunu oynayır. Qara dəliklərin qütb bölgələrindən atılan ionlaşmış qazlar isə demək olar ki, işıq sürətində yayılır. Bu araşdırma, aktiv qalaktik nüvə (AGN) modelləri üzərində aparılan tədqiqatları daha da inkişaf etdirməyə imkan yaradacaq. Bu modelə görə, diskin daxili hissəsi vakuum sıxlığına malik olmaqla yanaşı, həddindən artıq yüksək temperatura sahibdir.
Alimlər Günəşin haləsini müşahidə etmək üçün istifadə edilən bir metoddan bənzər şəkildə yararlanıblar. Onlar bir qara dəliklə Yer arasında Günəş tutulmasında olduğu kimi bir göy cisminin keçməsini gözləyiblər. Əslində bu vəziyyətdə qara dəliklərin halələri görünmür, lakin bu halələr son dərəcə yüksək enerjili X-şüaları yayırlar. Alimlər NASA-nın Imaging X-ray Polarimetry Explorer cihazından istifadə edərək həmin qara dəliklərlə bağlı məlumatları toplayıb, bu məlumatlar əsasında model qurublar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA kosmosa aid sualları cavablandıracaq süni intellekt dəstəkli söhbət botunu təqdim edib!
NASA kosmosa aid sualları cavablandıracaq süni intellekt dəstəkli söhbət botunu təqdim edib!
NASA, Microsoft ilə əməkdaşlıqda hazırladığı süni intellekt dəstəkli söhbət botu Earth Copilot-u təqdim edib. Görünür, bu söhbət botu kosmosa marağı olanlar üçün əvəzolunmaz olacaq.
Plutonun ən böyük peyki Charon-da karbon dioksid izləri aşkar edilib!
Plutonun ən böyük peyki Charon-da karbon dioksid izləri aşkar edilib!
NASA-nın James Webb Teleskopu Plutonun ən böyük peyki olan Charon-da karbon dioksid (CO2) və hidrogen peroksid izlərini aşkarlayıb. Bu kəşf, kosmosdakı buz kütlələrinin təkamülünə işıq tuta bilər.
Juno kosmik aparatı Yupiterin yeni fotolarını göndərib
Juno kosmik aparatı Yupiterin yeni fotolarını göndərib
NASA-nın Juno kosmik aparatı Yer kürəsinə Yupiter planetinin yeni fotolarını göndərib. Göndərilmiş fotolar sözügedən aparatın planetə yaxın məsafədən 66-cı uçuşu zamanı çəkilib.
Kosmosdan gələn sirli FRB siqnallarının mənbəyi aşkarlanmış ola bilər!
Kosmosdan gələn sirli FRB siqnallarının mənbəyi aşkarlanmış ola bilər!
Kainatın müxtəlif guşələrindən gələn sirli sürətli radio partlayışlarının mənbəyi nəhayət tapılmış ola bilər.
Erkən kainatın ən sürətli şəkildə böyüyən qara dəliyi kəşf edilib!
Erkən kainatın ən sürətli şəkildə böyüyən qara dəliyi kəşf edilib!
Astronomlar erkən kainatın ən sürətlə qidalanan qara dəliyini müəyyən ediblər. LID-568 adlandırılan və 7.2 milyon Günəş kütləsinə sahib olan bu qara dəlik, Eddington həddinin 40 qatı bir sürətlə maddə ilə qidalanır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!