Alimlər insanların kompüter simulyasiyasında yaşayıb-yaşamadıqlarını təyin etməyə çalışırlar
Elm & Texnologiya
30.07.2024
Emil
Bizlər fiziki kainatda deyil, simulyasiya edilmiş reallıqdamı yaşayırıq? Bu ideya “Matrix” kimi məşhur film seriyasında və bir sıra fantastika janrlı kitabda çox məşhur olub. NASA-nın keçmiş əməkdaşının fikrincə isə bizlərin real dünyada və ya kompüter simulyasiyasında yaşadığımızı müəyyən təcrübələr vasitəsilə təyin etmək mümkündür. NASA-nın keçmiş əməkdaşı olan amerikalı fizik Thomas Campbell bu mövzu ilə bağlı bəzi təcrübələr tərtib edib və onun fikirlərinə əsasən tərtib edilmiş təcrübələr sayəsində bizim dünyamızın real olub-olmadığını təyin etmək olar.
Kaliforniya Dövlət Politexnik Universitetinin alimləri Thomas Campbell tərəfindən tərtib edilmiş birinci təcrübəni reallaşdırmağa başlayıblar. Qeyd etmək lazımdır ki, Thomas Campbell həmçinin bu cür təcrübələrin maliyyələşdirilməsinə hədəflənmiş qeyri-kommersiya məqsədli təşkilatı da təsis edib. Onun təcrübələri işıq və materiyanın özlərini dalğa və zərrəciklər kimi apara biləcəklərini sərgiləyən fiziki nümayişə əsaslanırlar. Fizikin fərziyyəsinə əsasən bu təcrübələrdən müşahidəçini aradan qaldıran zaman faktiki olaraq yazılmış məlumatlar daha öncə mövcud olmayıblar. Yəni sadə dildə desək, kompüter oyunlarında olduğu kimi oyunçusuz onun ətrafındakı kainat mövcud deyil.
Thomas Campbell kompüter silmulyasiyası fərziyyəsini analiz edən ilk şəxs deyil. Belə ki, isveç filosofu Nick Bostrom hələ 2003-cü ildə “Are you living in a computer simulation?” adlı məqaləni dərc etmişdi. Onun ideyasına əsasən əgər insan sivilizasiyası texnoloji inkişaf mövzusunda olduqca irəli gedə bilsə, nəticədə biz, əcdadların simulyasiyasını işə sala biləcəyik. Yəni insan sivilizasiyası öz əcdadlarını və ya öz tarixini simulyasiya edə biləcək kompüter simulyasiyasını yarada biləcək. İnkişaf etmiş sivilizasiya öz tarixini daha yaxşı anlamaq üçün elm naminə bu cür simulyasiyanı işə salmaq istəmiş ola bilər. Thomas Campbell-in fərziyyəsi isə əcdadların simulyasiyası ilə müqayisədə bir qədər fərqli yol ilə gedir. Onun fərziyyəsinə əsasən bizim şüurumuz simulyasiyanın məhsulu deyil və o, reallıq üçün fundamental əhəmiyyət kəsb edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar