Alimlər insulini orqanizmə iynəsiz çatdıra bilən robotlaşdırılmış dərman kapsulunu yaradıblar

Alimlər insulini orqanizmə iynəsiz çatdıra bilən robotlaşdırılmış dərman kapsulunu yaradıblar

Texnologiya
03.10.2022 PAYLAŞIM

    Massaçusets Texnologiya İnstitutunun alimləri RoboCap adlı robotlaşdırılmış dərman kapsulunu yaradıblar. Sözügedən kapsul bağırsaqdakı selik vasitəsilə özünə yol açaraq insulini hüceyrələrə çatdıra bilir. Donuzlar üzərində aparılmış testlər onu göstərib ki, RoboCap kapsulu adi kapsullardan fərqli olaraq 20-40 dəfə daha çox dərman preparatı çatdıra bilər. Daha sonra isə sözügedən yeni dərman kapsulu həzm sistemi vasitəsilə təhlükəsiz şəkildə orqanizmdən çıxır. RoboCap adi dərman kapsulunu xatırladır. Lakin buna baxmayaraq o, robotlaşdırlmış qapağa sahibdir və jelatın ilə örtülüb. Jelatin örtük öz növbəsində incə bağırsaqdakı müəyyən pH göstəricisinə cavab olaraq parçalanır. Bu proses öz növbəsində kapsuldakı kiçik ölçülü mühərriki işə salır. Həmin mühərrik isə kiçik ölçülü bioloji batareya ilə qidalanır.


    Nəticədə mühərrik dərman kapsulunu hərəkətə gətirir. Dərman kapsulunun sahib olduğu mexanizmin fırlanma hərəkəti RoboCap-a bağırsaqdakı selikli baryerə daxil olmağa imkan verir. Bu proses çərçivəsində kapsul öz daxilindəki dərman preparatının yerləşdiyi xüsusi hissəni parçalamağa aşlayır. RoboCap adlı robotlaşdırılmış dərman kapsulunun donuzlar üzərində aparılmış testləri zamanı mütəxəssislər insulini donuzların hüceyrələrinə uğurlu şəkildə çatdıra biliblər. Ümumi hesablamalara əsasən adi dərman kapsullarından fərqli olaraq RoboCap-ın çatdırma potensialı 2000-4000% daha yüksəkdir. Qeyd etmək lazımdır ki, sözügedən kapsul vasitəsilə dərman preparatının hüceyrələrə çatdırılması zamanı zədələnən selikli lay bir neçə saat ərzində yenidən bərpa olur. Nəzəri cəhətdən bu texnologiya insulindən asılı olan insanlara gündəlik iynə vurulması prosesindən adi dərman qəbulu prosesinə keçid etməkdə yardımçı ola bilər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


MediaTek orta səviyyəli smartfonlar üçün Dimensity 8200 prosessorunu təqdim edib..

MediaTek şirkəti orta səviyyəyə aid edilən yüksək performanslı smartfonlar üçün nəzərdə tutulmuş Dim..


Apple şirkətinin ilk elektromobili barəsində yeni məlumatlar verilib

İnternetdə artıq dəfələrlə Apple şirkətinin Titan adlı layihəsi barəsində məlumatlar ortaya çıxıb...


OnePlus şirkəti öz ilk mexaniki klaviaturasını satışa çıxardacaq

OnePlus şirkəti Keychron brendi ilə əməkdaşlıq elan edib. Sözügedən əməkdaşlıq çərçivəsində şirkət m..


SpaceX dövlət qurumları üçün Starlink-in daha yüksək səviyyədə qorunan versiyası..

SpaceX şirkəti adi istifadəçiləri internet şəbəkəsi ilə Starlink brendi vasitəsilə təmin edir...


Apple şirkətinin ilk qarışıq reallıq cihazı bir qədər gec satışa çıxa bilər..

Məşhur analitik Ming-Chi Kuo-nun proqnozlarına əsasən Apple şirkətinin çoxdan gözlənilən qarışıq rea..


Yeni nəsil elektrikli yara bandı yaraları sürətlə sağaldır və onları daimi nəzar..

Stenford Universitetinin alimləri xroniki yaraların öhdəsindən gələ bilən “smart” yara bandı hazırla..

×