main-post-cover

    Alimlər kvant kompüterləri üçün yeni proqramlaşdırma dilini yaradıblar

    Elm & Texnologiya
    26.01.2022
    Emil Nəcəfov
        Massaçusets Texnologiya İnstitutunun alimləri Twist adlı yeni proqramlaşdırma dilini yaradıblar. Onun vasitəsilə kvant kompüterlərinin cari hesablama vəziyyətlərini təsvir və mümkün səhvləri təyin etmək mümkün olacaq. “Bizim Twist adlı proqramlaşdırma dilmiz tərtibatçıya daha təhlükəsiz kvant tətbiqlərin yaradılmasına imkan verir. Bu proqramlaşdırma dili bir kubitin (kvant kompüterində ən kiçik informasiya vahidi) nə zaman digəri ilə dolanıqlıq yaratmamasının lazım olduğunu təyin edir” - deyə alimlər qeyd ediblər. Yeni proqramlaşdırma dilinin imkanları ilk dəfə bu ayın ortalarında sərgilənmişdi. Adi kompüterlər hesablamalar üçün bitlərdən istifadə edirlər. Kvant kompüterlər isə hesablamalarda kubitlərdən istifadə edirlər. Hər bir kubit informasiyanı eyni anda həm 0 həm də 1 şəklində kodlaşdıra bilir.
        Kvant hesablama təchizatı böyük ölçüyə sahib olasa da, o, kvant mexanikasının effektləri hesabına böyük həcmli məlumatları emal edə bilir. Adi kompüterlər kimi kvant kompüterlərində də proqramlaşdırma dillərindən istifadə edilir. Kvant kompüterində dolanıqlıq kubitlər üçün bir növ hesablayıcı faktordur. Məhz bu faktor da kvant kompüterləri üçün bu cür yüksək hesablama gücünü təmin edir. Əgər kvant kompüterində 2 kubit bir-biri ilə dolanıqlıq vəziyyətindədirsə, bir kubit üzərindəki əməliyyatlar digərinin mənasını dəyişəcəklər. Lakin kvant kompüterləri öz mənfi cəhətlərinə də sahibdirlər. Məsələn əgər hesablama prosesi çərçivəsində bir kubitdəki məlumatlardan imtina edilərsə, bu, səhvlərə yol aça bilər.
        Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri isə kvant hesablamalar üçün nəzərdə tutulmuş proqramlaşdırma dilini yaradıblar. O, hal hazırda istifadə edilən digər ənənəvi proqramlaşdırma dillərindən qəliz deyil. Yaradılmış proqramlaşdırma dili kvant tətbiqindəki məlumatların hansı hissələrinin dolanıqlıq vəziyyətində olduqlarını təsvir edir və yoxlayır. Twist proqramlaşdırma dilinin istifadəsinə aid sadə bir misal: Tərtibatçı onun vasitəsilə hesablama prosesi çərçivəsində tətbiq tərəfindən yaradılmış hansı məlumatların lazımsız olduqlarını yoxlayır və onları təhlükəsiz şəkildə silir. Faktiki olaraq sözügedən proqramlaşdırma dili məlumatların silinmiş hissələrinin dolanıqlıq vəziyyətində olmadıqlarına zəmanət verərək kvant hesablamalarının lazımsız hissələrindən azad olmağa imkan verir.
    Linki kopyala