
Alimlər ölmüş insan beynindən xatirələrin çıxarılması üsulunu tapıblar
Elm & Texnologiya
14.04.2018
Emil
İsrailli tədqiqatçılar laboratoriya siçanlarının beyinlərini
araşdırıblar. Bu araşdırma çərçivəsində onlar siçanların həyatlarının son dəqiqələrində
keçirdikləri duyğular ilə müəyyən genlərin təsiri arasındakı əlaqəni aşkar
ediblər. Beləliklə israilli alimlər bizim xatirələrimiz sayəsində beynimizdə
qalan genetik işarələri tapıblar.
Onlar güman edirlər ki, bu işarələrdən
istifadə edərək ölümdən sonra insanın beynindəki xatirələri çıxartmaq
mümkündür. Tədqiqatçılar ümid edirlər ki, bu cür kəşf cəmiyyət üçün çox faydalı
olacaq. Məsələn polislər qətlə yetirilmiş şəxsin beynindəki xatirələri çıxardıb
onları incələyə biləcəklər. Alimlər bu cür perspektivli texnologiyanı maraqlı
adlandırsalar da, onu tamamilə gələcək üçün planlaşdırırlar.
Belə ki, hazırki
texnologiyalar bunu etməyə imkan vermir. Lakin bu məsələdə bir nüans ondan ibarətdir
ki, ölmüş şəxsin beynindəki xatirələri tez çıxartmaq lazım olacaq. Belə ki,
insanın ölümündən bir neçə dəqiqə sonra beyindəki zülallar artıq məhv olmağa
başlayırlar. İnsan beyni genlər tərəfindən idarə olunan yeni zülallardan
istifadə edərək neyronlar arasındakı yeni birləşmələrdə xatirələri saxlayır.
Alimlər hələki bu cür təcrübəni yalnız siçanlar üzərində reallaşdırıblar. Lakin
yaxın gələcəkdə bu təcrübənin həmçinin digər canlılarda və hətta insanlar üzərində
də aparılması planlaşdırılır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
