
Alimlər qaranlıqda belə elektrik enerjisi istehsal edə bilən günəş paneli hazırlayıblar!
Elm & Texnologiya
02.12.2024
Aslan
Çinli alimlər günəş işığından asılı olmayaraq istiliyi elektrikə çevirən yeni enerji hüceyrəsi hazırlayıblar. HHC (Hermetic Hydrovoltaic Cell) adlanan sistem az su ilə çalışır və səhra kimi ərazilərdə də səmərəli şəkildə işləyə bilir.
HHC sistemi ənənəvi günəş panellərinin əsas bir məhdudiyyətini aşaraq 24 saat ərzində enerji istehsal edə bilir. Bu texnologiya gecə və ya qaranlıq şəraitdə belə işləyə bilir. Sistemə karbon qara, uducu kağızdan hazırlanmış daxili struktur və suyun fasiləsiz dövriyyəsini təmin edən təbəqə daxildir. Sistem istilik fərqlərindən istifadə edərək suyun buxarlanmasını və elektrik istehsalını təmin edir.

Aparılan testlərdə hüceyrənin 160 saat boyunca fasiləsiz enerji istehsal etdiyi və su sərfiyyatının cüzi miqdarda olduğu müşahidə olunub. Nəticələrə əsasən, HHC-nin su ehtiyatlarının məhdud olduğu səhra kimi bölgələr üçün ideal enerji həlli ola biləcəyini söyləyə bilərik.

Bununla yanaşı, bu texnologiya işıq altında daha səmərəli işləyir. Karbon qara material işığı udaraq daxili nəmlik səviyyəsini artırır və elektrik istehsalını gücləndirir. Yəni həm qaranlıqda, həm də işıqlı şəraitdə işləyə bilən çox yönlü bir sistemdən bəhs edirik. HHC texnologiyası aşağı xərc tələb edən istehsalı, asan quraşdırılması və ekoloji davamlılığı ilə diqqətləri üzərinə çəkib. Tədqiqatçılar bu sistemin Nature Communications jurnalında dərc olunan məqaləsi ilə gələcək enerji həllərinə ilham mənbəyi olacağını ümid edirlər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
