main-post-cover

    Alimlər Süd Yolu qalaktikasının ən qədim əkizini kəşf ediblər

    Elm & Texnologiya
    09.10.2024
    Emil Nəcəfov
         Cənubi Avropa rəsədxanasının (ESO) alimləri ALMA adlı radioteleskop vasitəsilə maraqlı və eyni zamanda təəccübləndirici bir kəşfi ediblər. Onlar tərəfindən edilmiş kəşf insanların, qalaktikaların təkamülü barəsindəki təsəvvürlərini dəyişir. Məlumata əsasən alimlər Böyük partlayışdan cəmi 700 milyon il sonra mövcud olmuş qalaktikanı kəşf ediblər. Lakin bu kəşfin ən maraqlı və təəccüblü tərəfi ondadır ki, kəşf edilmiş qalaktika öz strukturuna görə bizim Süd Yolu qalaktikamıza bənzəyir. Bu, ən uzaq məsafədə yerləşən və fırlanan diskə sahib spiral formalı qalaktikadır.
         Məsələnin ən qəribə tərəfi isə ondadır ki, kainatın belə erkən dövründə bu cür qalaktika əslində mövcud olmamalı idi. Ulduzların və qalaktikaların müasir təkamül nəzəriyyəsinə əsasən bu obyektlərin birləşməsi nəticəsində yaranan xaosdan fırlanan diskə sahib düzgün strukturlu qalaktikanın formalaşması üçün bir neçə milyard illik təkamül prosesi lazımdır. Bu mövzuda sadə misal qismində Süd Yolu qalaktikasına nəzər yetirək. Belə ki, Süd Yolu qalaktikasının indiki vəziyyətinə gəlib çatması üçün 13.8 milyard il vaxt lazım olub.
         James Webb kosmik teleskopu öz növbəsində nəzəriyyələri tamamilə alt-üst edən kəşflərin edilməsinə səbəb olub. Məsələn 1 il bundan öncə məlum oldu ki, Böyük partlayışdan 2 milyard il sonra Süd Yolu qalaktikasına bənzər spiral formalı qalaktika mövcud olub. Süd Yoluna bənzər kəşf edilmiş yeni qalaktika isə 1 il bundan öncə kəşf edilmiş qalaktikadan 1.3 milyard il daha əvvəl artıq mövcud idi. Kəşf edilmiş yeni qalaktikaya REBELS-25 adı verilib. Əslində bu qalaktika heç də yenicə kəşf edilməyib. Sadəcə olaraq alimlər onun barəsində o qədər məlumat əldə ediblər ki, nəticədə öz fikirlərinin doğru olduqlarını təsdiqləyə biliblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süd Yolu qalaktikasının mərkəzindəki nəhəng qara dəliyin necə əmələ gəldiyi kəşf edilib!
    sud-yolu-qalaktikasinin-merkezindeki-neheng-qara-deliyin-nece-emele-geldiyi-kesf-edilib
    Gələcəkdə Süd Yolu və Andromeda qalaktikaları toqquşacaqmı?
    gelecekde-sud-yolu-ve-andromeda-qalaktikalari-toqqusacaqmi
    Süd Yolu qalaktikasında kainatın yaşı ilə eyni yaşda olan qədim ulduzlar kəşf edilib
    sud-yolu-qalaktikasinda-kainatin-yasi-ile-eyni-yasda-olan-qedim-ulduzlar-kesf-edilib
    Süd Yolu qalaktikasının mərkəzində potensial yeni növ ulduzlar kəşf olunub
    sud-yolu-qalaktikasinin-merkezinde-potensial-yeni-nov-ulduzlar-kesf-olunub
    Erkən kainatda Süd Yolu qalaktikasının kiçik ölçülü kopyası aşkar edilib
    erken-kainatda-sud-yolu-qalaktikasinin-kicik-olculu-kopyasi-askar-edilib