Alimlər Yer kürəsinə bənzəyən yeni ekzoplanet aşkar ediblər (VİDEO)

Alimlər Yer kürəsinə bənzəyən yeni ekzoplanet aşkar ediblər (VİDEO)

Texnologiya
12.09.2019 PAYLAŞIM

    Şir ulduz sistemində yerləşən K2-18b adlı planet alimlərə məlum olan ilk Yer kürəsinə bənzər planet növüdür ki, həyat formasının var olması üçün münbit atmosfer şəraitinə və suya sahibdir. Bu planet öz ulduzu ətrafında elə bir məsafədə dövr edir ki, onun səthində su maye şəklində qala bilir. Bu barədə Phys.org saytı xəbər verib. Alimlər K2-18b planetini ikinci Yer kürəsi adlandırmırlar. Belə ki, həmin planetin kütləsi Yer kürəsinin kütləsindən 8 dəfə ağırdır və onun atmosferi başqa tərkibə sahibdir. Lakin alimlərin tədqiqatları bizlərin kainatda yeganə sivilizasiya olub-olmamağımız sualının cavabına yaxınlaşdıracaq.

    Alimlər Habbl kosmik teleskopunun 2016-2017-ci illər ərzində yığıdığı məlumatları incələyərək K2-18b-nin atmosferindən keçən ulduz işığının analizi üçün xüsusi alqoritm hazırlayıblar. Nəticə etibarilə alimlər planetdə su buxarının molekulyar birləşmələrini və onun atmosferində hidrogen ilə helium elementlərini aşkar etdilər. Astronomlar daha əvvəllər də səthində su buxarı olan ekzoplanetlər aşkar edirdilər. Lakin onlardan heç biri K2-18b kimi Yer kürəsinin münbit şəraitini xatırlatmırdı.


    Adətən aşkar edilmiş ekzoplanetlər Yupiter, Neptun və Saturn planetlərini xatırladırdılar. Lakin K2-b18 fərqlənir. O, Yer kürəsindən 110 işıq ili uzaqlığında yerləşən K2-18 adlı soyuq cırtdan ulduz ətrafında dövr edir. Sözügedən planet Yer kürəsinə daxil olan planetlər qrupuna aiddir və Yer kürəsindən 2.25 dəfə böyük və 8 dəfə ağırdır. Lakin K2-18b planetinin bir sıra mənfi özəllikləri də var. Belə ki, planetin böyük ölçüdə olması səbəbilə onun səthində qravitasiya gücü daha böyükdür.

    K2-18 ulduzunun yüksək aktivliyi isə o deməkdir ki, K2-18b planetinin səthi daha aqressiv şəkildə ultrabənövşəyi şüalanmaya məruz qalır. Lakin bu cür şəraitə öyrəşmiş canlı orqanizmlər üçün bu planet əsl oazis ola bilər. Növbəti tədqiqatlar vasitəsilə planetin atmosferində suyun miqdarını, nə dərəcədə buludlu olmasını və ən əsası azot ilə metanın olub-olmadıqlarını müəyyən etmək mümkün olacaq. Əgər onun atmosferində azot ilə metan aşkar edilsə deməli K2-18b-də həyat formasının mövcudluq şansı yüksələcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×