Alman avtomobil şirkətləri, 'Tesla' ilə Çin şirkətlərinə rəqabətdə uduzacaqlar

Alman avtomobil şirkətləri, 'Tesla' ilə Çin şirkətlərinə rəqabətdə uduzacaqlar

Texnologiya
20.09.2017 PAYLAŞIM

“BMW”, “Mercedes” və “Volkswagen” kimi şirkətlər, yanacaqlı mühərrikdən elektrikli mühərrikə keçmiş ABŞ və Çinin avtomobil istehsalçıları ilə rəqabətdə uduza bilərlər.

Bu barədə Clean Technica saytı xəbər verib. 2016-cı ildə “BMW”, “Mercedes” və “Volkswagen” şirkətləri, 550 milyard dollar yatırmış (və bu məbləği yenidən götürmüş) və benzin ilə dizel mühərrikləri ilə çalışan avtomobillərin satışlarından 30 milyard dollar gəlir əldə etmişdilər. Yanacaq mühərriklər hələ də istifadə olunur və alman avtomobil istehsalçıları vaxtından əvvəl özləri üçün krizis yaratmaq istəmirlər.

Bunu həmçinin Almaniya höküməti də istəmir. Belə ki, ekoloji təmiz mühitin yaradılmasını istəyən Almaniya, bir faktı inkar edə bilmir ki, ölkənin ümumi daxili məhsulunun 14%-ni avtomobil sənayesi tutur.


“Alman avtomobil sənayesinə fasilə lazımdır. O etiraf etməlidir ki, qazıntı yanacağı yavaş-yavaş ölür. Baxmayaraq ki, yanacaqlı mühərriklər hələki istifadə olunur, müəyyən vaxtdan sonra hər şey dəyişəcək. Alman avtomobil sənayesi, modellərin daha az istehsalına diqqət ayırmalı və istehsalatdan qənaət edilmiş vəsaiti, elektromobillərə sərf etməlidir” – deyə “Opel” şirkətinin keçmiş CEO-su Karl-Thomas Neumann bildirib.

Neumann, alman avtomobil sənayesinə doğru gələn krizisi, “Tesla” şirkəti ilə əlaqələndirib.

“Tesla-dan öncə hamı, elektrikli avtomobillər haqqında yalnız ekologiya üzrə Kaliforniya şurasında irrasional üsullar kimi düşünürdü. Lakin indi daha çox ölkə, yanacaqlı mühərriklər vasitəsilə çalışan avtomobillərə qadağa qoymağa üstünlük verir. Hətta ekoloji mədəniyyəti aşağı olan Çin də adi avtomobil istehsalına qadağaları sərtləşdirir”.

“BMW”də yalnız elektromobillərlə məşğul olan şöbə yaradılmışdır. Lakin yeni i3 i8 modellərinin satışları, investorları heç də qane etmədi. Nəticədə şirkət hibrid avtomobillərin (özündə həm elektrikli, həmdə yanacaq mühərrikli avtomobillərin özəlliklərini daşıyan modellər) istehsalına keçdi. “Volkswagen” isə söz verib ki, 2025-ci ilə kimi şirkətin müxtəlif brendlari altında 50 model elektromobil təqdim ediləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon özünün qlobal internet layihəsinin peyklərini Yer kürəsinin orbitinə yerl..

Amazon şirkətinin peyklərinin Yer kürəsinin orbitinə çatdırılması üçün United Launch Alliance şirkət..


Apple iPad Pro 2021, iMac 2021 və AirTag trekeri təqdim olunub - QİYMƏTİ

Apple şirkəti dünən yeni məhsullarının təqdimatını keçirtdi. Təqdimat çərçivəsində ən nəzərə çarpan ..


MediaTek dünyanın ilk 4 nanometrlik mobil prosessorunu hamıdan əvvəl təqdim edə ..

Tayvanın MediaTek şirkəti keçən il nəzərə çarpacaq nəticələr əldə etmişdi və hətta istehsal olunmuş ..


2030-cu ildən Vaşinqton ştatında benzinlə çalışan minik avtomobilləri qadağan ed..

Vaşinqtonun qanunverici orqanı yeni “Clean Cars 2030” adlı qanunu qəbul edib.


NASA Mars səthində olan Ingenuity dron aparatının ilk uçuşunu uğurla reallaşdırd..

NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. ..


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.

×