Almaniya süni zəka sahəsinin inkişafına 3 milyard avro ayıracaq

Almaniya süni zəka sahəsinin inkişafına 3 milyard avro ayıracaq

15.11.2018 PAYLAŞIM

    Almaniya höküməti ABŞ ilə Çinin süni zəka sahəsindəki inkişafdan narahat vəziyyətdədir. Sünii zəka texnologiyaları ənənəvi sahələri və biznes modellərini dəyişir. Bu halda digər ölkələrdən geridə qalmaq bir qədər təhlükəli vəziyyət alır. Lakin Almaniya bu texnologiyanı müəyyən ehtiyyatla öz sahələrinə inteqrasiya edəcək. Bundestaq (Almaniyanın xalq nümayəndələrinin birpalatalı orqanı) süni zəka texnologiyasının Almaniyaya inteqrasiya olunması üzrə yeni planı təqdim edib.

    Beləliklə təqdim olunmuş sənədlərdəki məlumatlara əsasən 2025-ci ilə kimi Almaniya süni zəka texnologiyasının inkişafına 3 milyard avro vəsait ayıracaq. Layihəyə artıq sabahdan baxılacaq. Almaniya hökuməti ümid edir ki, ayrılacaq vəsait xarici investorların, alimlərin və sahibkarların sayəsində ikiqat artacaq. Layihənin müəllifləri heç gizlətmirlər ki, Almaniya süni zəkanın inkişaf tempi barəsində ABŞ-dan və Çindən geridə qalıb. Məlumata əsasən Almaniya hökuməti 10-a süni zəka tədqiqat mərkəzi və universitet tələbələri üçün bu sahədə yüzlərlə kurslar yaratmağı planlaşdırır.

Bənzər xəbər


    Bir neçə müddət bundan öncə Almaniyanın sosial-demokratik partiyasının baş katibi Lars Klingbeil süni zəka texnologiyasının inteqrasiya olunması üçün bir neçə milyard vəsaitin ayrılmasına dövləti səsləmişdi. Onun fikrincə Almaniya hal hazırda miqrasiya probleminə çox diqqət ayırdığı bir vaxtda digər ölkələr süni zəka texnologiyasına milyardlarla dollar vəsait yatırırlar. Almaniyada hələ elə biir süni zəka startapı yaradılmayıb ki, o, ABŞ və Çin startapları ilə rəqabət apara bilsin.

    Reuters saytı Almaniyanın bu sahədə digər ölkələrdən geridə qalmasını artıq köhnəlmiş infrastruktur və ölkənin məlumatların qorunması ilə bağlı sərt qaydları ilə əlaqələndirir. Lakin Almaniyanın tez bir zamanda qərarlar qəbul etmək istəyinə baxmayaraq Bundestaq qeyd edib ki, o, qərarları həmçinin ehtiyyatla qəbul edəcək. Almaniyanın süni zəka inteqrasiyası üzrə strategiya planını hazır etmiş müəlliflər qeyd ediblər ki, süni zəkanın yaradılmasında texnologiyaların sosial məsələləri və onların əmək bazarına təsirləri də nəzərə alınacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×